Ermənilərin növbəti “5 rayon qaytarılır” oyunu – Aşotyan

13-11-2019, 07:03           
Ermənilərin növbəti “5 rayon qaytarılır” oyunu – Aşotyan
Ermənistanın keçmiş təhsil və elm naziri Armen Aşotyan Feysbuk hesabında sensasion xarakterli paylaşım edib.

Turkustan.info xəbər verir ki, Aşotyan Ermənistan rəhbərliyinin işğal altındakı 5 rayonu qaytarmağa hazırlaşdığını iddia edib.

“Mən sadəcə yazıram ki, sonradan “bizə xəbərdarlıq edilməyib” deməsinlər”, – keçmiş nazir deyib.

Onun sözlərinə görə, baş nazir və XİN rəhbəri Qarabağın təhlükəsizliyi və statusu barədə qəti zəmanət verilmədən 5 rayonun qaytarılması ilə bağlı qəfil qərar qəbul edə bilməzlər.

Aşotyan Ermənistanın hazırkı rəhbərliyinə müraciət edərək yazıb: “Bizim xalqımız və ölkəmizlə zarafat etməyin. Xalq və biz bağışlamayacağıq, qəbul etməyəcəyik və etiraz edəcəyik”.

Qeyd edək ki, bu, Ermənistan siyasilərinin növbəti oyunudur və guya torpaqların işğaldan azad edilməsinə etirazlarıdır. Azərbaycan Prezidenti bu məsələ ilə bağlı mövqeyini qəti şəkildə ortaya qoyub: “Dağlıq Qarabağ Azərbaycandır və nida!”

Beş və ya yeddi rayon deyil, işğaldakı bütün torpaqların geri qayıtması və Azərbaycanın ərazi bütövlüyünün təminatı müzakirə mövzusudur. /Axar.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.