“Rusiya MN-nin “etibarlı nümayəndəsi” ilə əlaqəni kəs!” - ABŞ Həftara çağırış edib

5-07-2020, 01:09           
“Rusiya MN-nin “etibarlı nümayəndəsi” ilə əlaqəni kəs!” -
Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti iyulun 2-də xəbər verib ki, cari həftənin əvvəlində «Liviya milli ordusu»nun nümayəndələri ilə videorabitə danışıqları baş tutub. DD-nin press-relizində deyildiyi kimi, danışıqlarda həm də Liviya Milli Razılıq Hökumətinin (LRH) əleyhinə vuruşan üsyançıların demobilizasiyası məsələsi müzakirə olunub. Məsləhtləşmələr, ABŞ tərəfinin Liviya MRH nümayəndələri ilə bundan əvvəl apardığı danışıqların davamı olub.

Dövlət Departamenti bəyan edib ki, virtual formatda baş tutan görüş ABŞ-ın Liviyaya yönəlik fəal neytrallıq siyasətinə uyğun olaraq» keçib və onun gedişində qeyd olunub ki, LMO-nun «Vaqner» qrupu - Rusiya Müdafiə Nazirliyinin etibarlı nümayəndəsi - ilə əlaqələri və Liviyadan neftin tədarükünün dayandırılmasının «əbədiləşdirilməsi» ABŞ-ın maraqları ilə ziddiyyət təşkil edir.

ABŞ nümayəndə heyəti «Liviyanın işlərinə istənilən xarici müdaxilənin» əleyhinə çıxış etdiyini bildirərək, atəşin ləngimədən dayandırılmasını, təhlükəsizlik məsələlərini və BMT-nin dəstəyi ilə siyasi tənzimləmə danışıqlarına qayıdışı müzakirə edib.

Birləşmiş Ştatlar danışıqlarda Milli Təhlükəsizlik Şurasının böyük direktoru general-mayor Migel Korrea, dövlət katibinin köməkçisinin müavini Henri Vuster və ABŞ-ın Liviyadakı səfiri Riçard Norlandla təmsil olunub. «Liviya milli ordusu»nu komandanlıq başçısı general Aun əl-Fərcani, LMO-nun Baş katibi general Əbd əl-Kərim Hadiyə və LMO komandanı ofisinin direktoru general Xeyri əl-Təmim təmsi edib.

Xəbər verildiyi kimi, ABŞ SQ Afrika komandanlığının başçısı general Stiven Taunsend iyunun 22-də Liviyanın Zuvara şəhərinə gəlib. Şəhər Liviya MRH birləşmələrinin nəzarəti altındadır - bu qruplaşma Həftarın qiyamçılarına qarşı mübarizə aparır. Həmin vaxt ABŞ generalitetinin nümayəndələri Liviya MRH-nin yüksək çinli vəzifəli şəxsləri, o cümlədən, Faiz Səracla görüşüblər.

AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.