Cahandar BAYOĞLU: “SSRİ” əridi, onun qalığı Rusiya Federasyonu imperiyasının çöküşünün qarşısında da heç nə dura bilməz.

6-07-2020, 14:25           
Cahandar BAYOĞLU:
Rusiya Federasyonu xalq oylamasıyla Anayasa dəyişgənliyinə gedərək Putinə 36 ilədək Prezident olma şansı tanıdı Çar statusu verdi və Mərkəzləşmiş idarəçiliyi güçləndirərək federasyon subyektlərinin yetkilərini daha da azaltdı.
Moskva təbliğat maşını həmən təlimatlar hazırlayıb tezisləri Rusiyada və postsovet məkanında olan çetelərinə göndərdi ki, “SSRİ yenidən bərpa olur”. Çete kuklaları da bunu geniş şərhlərlə basında yayınlatdırmağa başladı.
Putin özünü Dünyanın ağası elan etdirsəydi və 150 milyonluq Rusiya əhalisinin 50 milyonu ona səs versəydi, “Putin dünyanın sahibimi olacaqdı”?
Əziz oxucu Rusiya imperiyasının 2021 ildə 300 ili tamam olur və imperiya çökməkdədir. Heç bir imperiya çöküşündə yenidən dirçəlməyib. Putin Rusiyası nəyi dəyişsə də, Putin kosmosa çıxsa da bu təbii prosesin qarşısında dura bilməyəcək. Necə ki “SSRİ” adında Rus imperiyası əridi, eləcə də onun qalığı Rusiya Federasyonu olan imperiyanın çöküşünün qarşısında da heç nə dura bilməz.
Sadəcə Putin və Putin Rusiyasının atdığı bu addımlar nostalji hissindən başqa bir şey deyildir. “SSRİ” dağılandan varis Rusiya Federasyonu dünyanın her yerində, səddamlarını, əsadlarını, haftarlarını itirerek nüfuz dairələrini daraltmışdır. Krım provakasyonuna gedərək slavyan təsübkeşliyini darmadağın etmişdir, qonşu dövlətlərlə imperiya dili ilə danışdığından etibarını itirmişdir, iqtisadiyyatı tənəzzülə uğramışdır. Müttəfiqi Çin və Kuzey Koreyanı da itirərək yalnız qalmışdır. Tək dostları, qara bazar baronlarıdır ki, onlar da hər an bundan üz döndərə bilər. Bir də, bəlkə qaytardılar düşüncəsiylə yaşayan, Moskva adı gələndə dədələrini unudan imperiya kuklalarıdır ki, Postsovet məkanında dəridən qabıqdan çıxırlar. Bu zavallılar, Putindən çox “putinçi”, Rusdan çok “rusçu”dular. Arada qalan yazıq Rus millətidi. Dünya millətləri özünün milli dövlətini gücləndirir, Rus millətin hələ də milli dövləti yoxdur. Hamı Rus milləti adından oyun oynayır, onu kullanır çok şey qazanır, amma Rusun heç nəyi yoxdu. Mən inanıram ki, Rus adından şovenistçiliklə onu məhv edənlər deyil, Rus millətinin gerçək övladları bu zavallı millətə dövlət quracaqlar. Rus milləti də dünya millətləri kimi, Tatarıstan, Başkurdistan, Yakutiya, Tuva, Altay, Xakasiya, Qazaxıstan, Ukrayna ...,, dövlətləri ilə qonşuluğun insanlığın keyfini yaşayacaq. Belə olduğu halda milli haqlarını əldə eden Rus milləti, bəşeəriyyətə yararlı olmasından zövq alacaq.

Cahandar Bayoğlu
Turan Partiyası GK Başqanı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.