PUTİNİN YENİ BİRLİK HƏDƏFİ: Saakaşvilinin müsahibəsi hansı niyyəti üzə çıxardı? - TƏHLİL

11-07-2020, 08:45           
PUTİNİN YENİ BİRLİK HƏDƏFİ:
Sevil Nuriyeva İsmayılov

“Star” qəzeti, Türkiyə, 07 iyul 2020-ci il

Ötən günlərdə Gürcüstanın sabiq prezidenti Saakaşvili bir müsahibə verdi. Bu müsahibə ilə ukraynalı jurnalist Dmitriy Qordon indiyəqədərki məxfi və qəribə məlumatları açığa çıxardı.

Saakaşvili vaxtilə Gürcüstanın bölünməsi və bölünmüş vəziyyətinə imza atması üçün Putinin sabiq Fransa prezidenti Sarkozi vasitəsilə ona göndərdiyi təhqir və təhdid dolu mesajları dilə gətirdi.

Müsahibəni oxuduqda, məlum olur ki, Saakaşvili Putindən dərin və sarsıdıcı təhdidlər alıb. Bu, Rusiyanın Gürcüstana müdaxiləsi dönəmindəki mövzudur. Ancaq qəribəlik, üzərindən illər keçmiş olsa da, Qərbin, xüsusilə də Fransanın bu mövzuda Saakaşvilini razı salmaq üçün səy göstərməsindədir.

Saakaşvili bu təlqin və təhdidlərə baxmayaraq, ölkəsinin bölünməsinə imza atmadığını deyir.

Mövzunu niyə yazımın girişinə əlavə etdim?

Son zamanlar Rusiyanın, özəlliklə Putinin yeni, hətta keçmişdən xəyalını qurduğu, ancaq indi üzərində həddindən çox dayandığı hədəflərindən bəhs edirəm. Yəni, öz təxminlərimi qeyd edirəm.

Son illər Rusiya keçmiş postsovet məkanında, daha köhnə adıyla desək, Türküstan, Qafqaz, Orta Asiya ölkələrində problemli bölgələr üzərindən yenidən canlanmağa başlayır.

Ruslar da, eynən ingilislər sayq, özlərinin yaratdığı münaqişə bölgələrinin “dondurulmuş bölgələr” kimi işinə yaradığını düşünür. İşinə yaradıqca, bu dondurulmuş problemlərin “isidilərək” gündəmə gətirilməsi yeni mühitin yaradılması üçün zəruri hesab edilir.

Putin yeni dövrdə Rusiyadakı problemlərdən yaxa qurtarmağı, ətrafdakı dondurulmuş problemləri lazım olduğu kimi, masaya qoymağı hədəfləyir.

Ukrayna, Moldova, Qafqaz ölkələrindəki etnik kartlar və dini qarşıdurmalar üzərindən məsələyə yanaşsaq, Dnestryanı və yaxud Osetiya bölgəsi, Abxaziya, ya da Azərbaycanın işğal edilmiş torpaqları olan Qarabağ məsələsinin də tez-tez gərginliklə gündəmə gəlməsinin arxasındakı mövcud hekayə budur.

Putin keçmiş xəritədə yenidən bir birlik formalaşdırmaq arzusundadır. Ancaq o, bu birliyi Peterburq küçələrində ona öyrədilən dillə qurmaq istəyir. Təhdid gücünə və cinayətkarlıqla məsələyə hakim olacağına ümid edir.

Açıq desək, Qərbin, xüsusən də ABŞ və Britaniya ittifaqının genişlənmə planlarında olan bu coğrafiya, əslində, Rusiya ilə masada oturarkən istifadə ediləcək kartlardır. Xəyal edir ki, istəsə, Rusiya ilə razılaşacaq. Elə isə bu coğrafiyadakı üsyanlar və ya Rusiyaya qarşı yaranmış münasibət nə vaxta qədər gərəkli olacaq?

Anlatmaq istədiyim də budur. Razılaşma zamanı Rusiya ilə danışılacaq mövzuların və əlindəki kozırların çoxluğu, özündən yana olması, Anglo-Amerika ittifaqı ilə Rusiya arasındakı münasibətlərə təsir edir.

Belarus prezidenti tez-tez Qərblə Rusiya arasındakı rəqabətdən öz xeyrinə istifadə etməyi üstün tutur. Müttəfiq olmasına baxmayaraq, Lukaşenko bəzən Putini Qərblə ittifaq yaratmaqla hədələyir.

Ancaq keçmiş sovet coğrafiyasında rus dilinin təsirinin artması yenidən görünür və Rusiyanın bu məsələdə təzyiqli münasibəti böyük hədəfin kiçik addımlarından xəbər verir.

Tərcümə Strateq.az-ındır












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.