“Vaqner”i Lukaşenkonun üstünə Putin göndərib

31-07-2020, 14:33           
“Vaqner”i Lukaşenkonun üstünə Putin göndərib
Bu qrup təxribat və diversiya ilə məşğuldur. Deməli, 9 avqust Lukaşenko üçün “qaynar” keçəcək

Rusiyanın Minskdəki səfiri Dmitri Mezençev “Vaqner” özəl hərbi şirkətinin 33 döyüşçüsünün həbsi ilə bağlı Belarus Xarici İşlər Nazirliyinə çağırılıb. Bunu Mezençevin özü jurnalistlərə açıqlamasında deyib. O, nazirlikdə görüşün günün ilk yarısında keçiriləcəyini bildirib. Bununla bərabər Belarus Təhlükəsizlik Şurasının iclası keçirilib. Lukaşenko iclasda Belarus təhlükəsizlik orqanlarına qaçan “Vaqner”çilərin də həbs edilməsi barədə tapşırıq verib.

Belarus lideri Rusiyadan baş verənlərlə bağlı izahat verilməsini tələb edib. Xatırladaq ki, Belarusda “Vaqner” şirkətinin 33 döyüşçüsünün saxlanıldığı bildirilib. BELTA agentliyi ölkəyə ümumilikdə 200 “Vaqner” döyüşçüsünün gəldiyini və onların hədəfinin ölkədəki situasiyanı destabilizasiya etmək olduğunu yazıb. İttihamlara Moskvadan cavab gəlib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib k, Kremldə Belarusda saxlanılan rus vətəndaşların vəziyyəti gərginləşdirmək planlarının olması barədə məlumat yoxdur: “Saxlanılan Rusiya vətəndaşlarının hüquqlarının tam qorunacağına ümid edirik”.



İddialarla bağlı “Şərq”ə danışan politoloq Azər Rəşidoğlu bildirib ki, Rusiya MDB məkanının “baş ağrısı” olaraq qalmaqdadır. Siyasi şərhçinin sözlərinə görə, Kreml ona tabe olmaq istəməyən hakimiyyətlərə qarşı təzyiqlər edir:

“Moskva Belarus Prezidenti A.Lukaşenkonu devirməyə çalışır. Vaxtilə Rusiya ilə sıx inteqrasiya tərəfdarı kimi çıxış edən Lukaşenko artıq forpost olmaq istəmir. Belarus Qərbə inteqrasiya yolunu seçib və prezident son bir neçə ildir Qərblə yaxınlaşmağa başlayıb. Vaşinqton yenidən Belarusa səfirini göndərdi, sanksiyaların bir hissəsi ortadan qaldırıldı. Belə gedişat Moskvaya sərf etmədiyi üçün Rusiya öz quldur dəstəsini Minskə yollayıb.

Beynəlxalq reyestrlərdə adı keçən şirkətlərdən fərqli olaraq “Vaqnerin özəl hərbi şirkəti” heç yerdə, o cümlədən Rusiyada qeydiyyatdan keçməyib. Bu, rəsmi saytı və kontaktları olmayan “alternativ” hərbi təşkilatdır. Hüquqi tərəfindən başqa, dünyada fəaliyyət göstərən özəl hərbi şirkətlərdən digər əsas fərqi “əməkdaşlarının” xarici ölkələrdə hərbi əməliyyatlarda “piyada” kimi istifadə olunmasıdır. Bu isə faktiki “kiçik ordu” anlamına gətirir”.

Analitik hesab edir ki, “Vaqnerin özəl hərbi şirkəti” özü barədə məlumatları məxfi saxlayır:

“Şirkətin” yaranması, fəaliyyəti, sahibləri, maliyyələşməsi, iştirak etdiyi xüsusi və hərbi əməliyyatlar barədə geniş ictimaiyyətə bəzi xəbər agentliklərinin, jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının tədqiqatları sayəsində məlumat verilir. Bu məlumatlar əsasında “Vaqnerin qrupu” haqqında reallığa yaxın təsəvvür yaratmaq mümkündür. ABŞ-ın Suriya ordusuna endirdiyi zərbə nəticəsində “Vaqnerin özəl hərbi şirkəti”nin əməkdaşları arasında çoxsaylı itkilər haqqında xəbərlər ictimai diqqəti yenidən bu özəl hərbi şirkətə cəlb etdi.



“Vaqner qrupu”nun idarə və döyüş nüvəsini ləğv olunmuş “Slavyan Korpusu” təşkil edir. 2013-cü ildə özəl hərbi şirkəti Honq Konqda qeydiyyatdan keçiriblər. Çox keçməmiş şirkət Bəşər Əsədə yaxın suriyalı bir neft oliqarxı ilə Deyr-az-Zor vilayətində neft obyektlərinin mühafizəsinə dair saziş bağlayıb. “Şirkət” Sankt-Peterburqda yerləşən ofisi vasitəsilə rusiyalı və ukraynalı keçmiş hərbçilərdən və güc strukturları əməkdaşlarından ştat toplayır. “Slavyan korpusu” 267 nəfər muzdlu toplayaraq onları iki bölüyə böldü və 2013-cü ilin payızında Suriyaya yolladı.

Latakiyada Suriyanın ehtiyat qüvvələrinin hazırlıq bazasında silahlanandan və bir aylıq hazırlıqdan sonra “Slavyan korpusu” Homsa gətirildi. Bir neçə köhnə tank və PDM daxil, zirehlənmiş avtobuslarla Deyr-az-Zora göndərildi. Yola düşəndə “Slavyan korpusu” əməkdaşları anladılar ki, neft obyektlərini mühafizə etmək üçün əvvəlcə Əsəd müxalifləri və İŞİD dəstələri ilə dolu əraziləri keçməli, sonra o obyektləri kimlərinsə əlindən döyüşlə almalıdırlar.

Lakin “Slavyan Korpusu” İŞİD dəstələrinin hücumuna məruz qalaraq Homsa, oradan Latakiya bazasına qayıdıblar. Gəldikləri zaman onları sevinclə qarşılayan suriyalıların tərs baxışları altında tərksilah olunaraq Moskvaya təxliyə olunublar. Bununla “Slavyan Korpusu” adlı özəl hərbi şirkətin fəaliyyətinə son qoyulub”.

A.Rəşidoğlu vurğulayıb ki, “Slavyan korpusu” Rusiya qanunlarına zidd fəaliyyəti səbəbilə ləğv olunsa da, onun əməkdaşları Federal Təhlükəsizlik Xidmətinin və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QRU) nəzər dairəsinə düşüb:

“Zamanı gəlincə, kəşfiyyat orqanları onların potensialından “yararlanaraq”, apardığı “hibrid müharibələrdə“ və Rusiya hökumətinin xaricdə “delikat” əməliyyatlarında alət kimi istifadə edir. Beləliklə, bir müddət sonra QRU-nun kuratorluğu ilə “Slavyan korpusu”nun əməkdaşları bu dəfə keçmiş zabit, ehtiyatda olan polkovnik Dmitri Utkinin başçılığı altında “Vaqnerin qrupu” adlandırılan silahlı dəstədə toplanıblar. “Vaqner” Utkinin özünə götürdüyü radio ləqəbidir.



Bu qrup təxribat və diversiya ilə məşğuldur. Minskdə bu qrupun üzvlərinin həbs edilməsi də Rusiyanın planlarından xəbər verir. Deməli, 9 avqust Lukaşenko üçün “qaynar” keçəcək”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.