Azərbaycan hakimiyyəti yuxusunda da, gerçək həyatında da neft və qazdan başqa bir şey görmür.

11-08-2020, 10:40           
Azərbaycan hakimiyyəti yuxusunda da, gerçək həyatında da neft və qazdan başqa bir şey görmür.
Dünya dəyişir, hətta neft-qaz şirkətləri belə mədən hasilat sənayesinə sərmayə qoymaq istəmirlər. Çünki, indidən bilirlər ki, gələcəkdə bərpa olunan enerji öndə olacaq. Son 5 ildə elektromobil avtomobil istehsalı 5 dəfədən çox artıb. Çox böyük ehtimalla yaxın 5 ildə artım 20-25 dəfə olacaq. Nəhəng avtomobil korporasiyaları elektromobil və hibrid avtomobillərin istehsalını genişləndirirlər. Çünki, sifarişlər çoxalıb, tələbat artır. Tesla yalnız ABŞ-da 2 iri istehsal fabriki qurur, yeni modelin buraxılışına başlayır.
Teref.az yazır ki, bunu Qubad İbadoğlu öz məqaləsində yazıb.
Dünən "Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edən İlham Əliyev yenə də neftdən və onun Azərbaycan iqtisadiyyatında rolundan danışır. Ölkənin və iqtisadiyyatın gələcəyini də neftə-qaza bağlayır. Neftdən o qədər varlanıb, fayda görüblər ki, unuda bilmirlər. Düşünürlər ki, onsuz nə həyat və nə də iqtisadiyyat yoxdur. Baxmayaraq ki, ənənəvi kurs bizi irəliyə deyil, geriyə aparır. Mövcud kursu dəyişmək isə siyasi iradə, islahat proqramı, korrupsiyaya bulaşmayan iqtisadi komanda və ən başlıcası isə xalqın etimadı tələb olunur. Bunların da heç biri yoxdur, odur ki, yenə də ac toyuq yuxusunda darı görən kimi Azərbaycan hakimiyyəti yuxusunda da, gerçək həyatında da neft və qazdan başqa bir şey görmür. Halbuki, Azərbaycanın istedadlarını aşkara çıxarıb, onların nüfuzlu universitetlərdə keyfiyyətli təhsilinə sərmayə qoyub, ölkəyə lazım olan kadrları yetişdirib, onların beynindən, menecment qabliyyətindən idarəetmədə, istehsalatda və iqtisadiyyatda istifadə etməklə irəli getmək, inkişaf etmək mümkündür. Lakin, elə uzun müddət neft pullarının bölüşdürlməsinə başını qarışdıran hazırkı hakimiyət bu fürsəti də çoxdan buraxıb. Elə ona görə də ölkəni ağıllı beyinlər tərk edib, hazırda onlar Azərbaycana deyil, başqa dövlətlərə xidmət göstərir, yeni məhsul və əlavə dəyər yaradır. Biz isə neftdən və qazdan başqa ixracata göndərməyə sənaye məhsulu istehsal edə bilmirik.
Qubad İbadoğluшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.