Bu, yalnız sərhəd məsələsi deyil – Ceyhun Bayramov

25-10-2020, 12:14           
Bu, yalnız sərhəd məsələsi deyil – Ceyhun Bayramov
Azərbaycan-İran sərhədinin tərəfimizdən nəzarətə götürülməsi artıq o ərazilərdə ölkəmizin suverenliyinin təmin edilməsi deməkdir. Hesab edirəm ki, bu, yalnız sərhəd məsələsi deyil.

Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Report-a açıqlamasında deyib.

“Biz bilirik ki, işgalçı Ermənistan dövləti və rejimi bu illər ərzində orda qanunsuz fəaliyyət göstərib. Bildiyiniz kimi, həmin bölgə həm qanunsuz silah dövriyyəsi, narkotik maddələrin daşınması və bir çox qanunsuz fəaliyyətlər üçün mərkəz olub. Bu baxımdan təbii ki, ABŞ kimi belə məsələlərə xüsusi diqqət və önəm yetirən dövlət üçün, Azərbaycan dövlətinin həmin ərazidə suverenliyini bərpa etməsi üçün müsbət haldır və düsünürəm ki, məhz bu konteksdə də qəbul olunur”, - nazir bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.