“Azərbaycan artıq Qarabağdakı erməni qüvvələrini məngənəyə sıxışdırır...”- POL QOBL

27-10-2020, 09:28           
“Azərbaycan artıq  Qarabağdakı erməni qüvvələrini məngənəyə sıxışdırır...”- POL QOBL
“Ermənistan isə mövqelərinin tam zəiflədiyini görür və özünümüdafiə məqsədi ilə hər şeyə əl atmağa hazır olaraq “va-bank” gedir..."

"Əlbəttə ki, pilotsuz təyyarələr Azərbaycana kömək etdi. Ancaq bu ölkənin müharibədəki uğurunu yalnız bunlar təmin etmir...”



Moderator.az xəbər verir ki, bu fikirləri Rusiya mediasına açıqlamasında ABŞ dövlət katibinin keçmiş xüsusi müşaviri, postsovet məkanı üzrə ekspert Pol Qobl ifadə edib.

Azərbaycanın sərhədyanı bölgəsinə, o cümlədən cəbhə və sərhəd xəttindən uzaq olan şəhər və bölgələrə edilən hücumlar Ermənistan üçün son dərəcə təhlükəli olduğunu vurğulayaraq deyib: "İrəvan başa düşməlidir ki, bundan sonra Azərbaycan ikiqat güclə erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasına çalışacaq. Fikrimcə, Ermənistan Moskvanı münaqişəyə müdaxilə etməyə və İrəvana dəstək verməyə məcbur etmək üçün Azərbaycanı cavab tədbirlərinə vadar etmək üçün belə bir addımlar atır. İrəvan mövqelərinin zəiflədiyini görür və özünümüdafiə məqsədi ilə hər şeyə əl atmağa hazır olaraq “va-bank” gedir"-deyə ekspert izah edib.

Ooblun sözlərinə görə, hazırda münaqişə tərəfləri pilotsuz təyyarələr də daxil olmaqla daha müasir silahlara sahibdirlər. "Azərbaycan ordusu çox yaxşı hazırlaşıb və hər zaman hədəflərinə sponsorlar olmadan təkbaşına çatmağa hazır olmalı olduğunu hesablayıb. Ermənistan isə hesab edir ki, Moskva Bakının çox aqressiv hərəkət etməsinə icazə verməyəcək. Taktiki hərəkətlərə gəlincə, Azərbaycan indi Qarabağdakı erməni qüvvələrini məngənəyə sıxışdırır, eyni zamanda şimala və cənuba doğru irəliləyir. Və bu, münaqişədə yeni bir dönüşdür - deyə məşhur ekspert izah edib.

Eyni zamanda Pol Qoble Azərbaycanın uğurlarını yalnız pilotsuz təyyarələrin istifadəsi ilə əlaqələndirməkdən imtina edib.

Əlbəttə ki, pilotsuz təyyarələr Azərbaycana kömək etdi. Ancaq ölkənin müharibədəki uğurunu yalnız bunlar təmin etmir. Əsas səbəblər Azərbaycan ordusunun digər silah növlərində, eləcə də zabit və əsgərlərin yüksək döyüş hazırlığı və mübarizə əzmindədir. Artıq Azərbaycan Cənubi Qafqazdakı qüvvələr nisbətini dəyişdirməyin mümkün olduğunu hiss edir və bu şansı itirmək niyyətində deyil”- deyə Amerika politoloqu vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.