Lavrovun Qarabağ açıqlaması İrəvanda ŞOK YAŞADIR3 Dekabr 2022 08:42

3-12-2022, 10:10           
Lavrovun Qarabağ açıqlaması İrəvanda ŞOK YAŞADIR3 Dekabr 2022 08:42
Rusiya XİN başçısı Sergey Lavrovun Qarabağın Azərbaycan ərazisi olması barədə bəyanatı, həmçinin müharibədən öncə rayonların qaytarılması və statusun müəyyənləşməsi haqda ("5+2 rayon" təklifi) Kremlin vaxtilə təkliflər irəli sürməsi, İrəvanın razılaşmaması, 44 günlük müharibədən sonra isə vəziyyətin dəyişdiyini deməsi xüsusilə rusiyayönlü ermənilərdə şok effekti yaradıb.

Teref.az axar.az-a istinadən bildirir ki, erməni müxalif siyasilər və ekspertlər Lavrovun "bu qədər açıq danışmasının səbəbini" müəyyən etməyə çalışırlar.

S.Lavrov eyni zamanda Soçidə Rusiyanın sülh sazişinin imzalanması, Qarabağın "statusu"nun isə "gələcək nəsillərə saxlanması" barədə təkliflə çıxış etməyə hazırlaşdıqlarını da bildirib. Lakin deyib ki, İrəvan Praqa və Vaşinqtonda 1991-ci il Almatı bəyannaməsi ilə Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bu təklifin üstündən xətt çəkmiş oldu. Belə ki, Almatı bəyannaməsi keçmiş DQMV-nin Azərbaycan ərazisi olduğunu təsdiqləyir, öz ərazisindəki muxtar qurumu salayıb-saxlamamaq isə birbaşa Azərbaycanın işidir.

Mövzu ilə bağlı danışan "Ermənistan" blokunun deputatı Geqam Manukyan da bildirib ki, Praqa görüşündən sonra, Soçi görüşündən əvvəl onlar İrəvanın Qarabağı Azərbaycan ərazisi olaraq tanıdığı "narahatlığını" bildirmişdilər:

"İndi, təəssüf ki, bu barədə Rusiyanın xarici işlər naziri də danışır. Bamayaraq ki, mən Lavrovun Almatı bəyannaməsinin Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiqlədiyi barədə interpretasiyası ilə razı deyiləm".

O deyib ki, indiyə qədər heç kim Almatı bəyannaməsi ilə Azərbaycanın ərazi bütövlüyünün tanındığını gündəmə gətirməmişdi. Yalnız Paşinyan bunu bildirməklə, əslində Qarabağın Azərbaycan ərazisi olduğunun indi deyil, 31 il öncə tanındığını elan edib.

"Nikol Paşinyan Soçi görüşü öncəsi demişdi ki, Rusiyanın öz təklifini verməsi yaxşı olardı. Təsəvvür edirsinizmi, Ermənistan Qarabağ məsələsini qaldırmır, Paşinyan bütün məsuliyyəti Rusiyanın çiyinlərinə qoyur. Bununla da İrəvan Soçidə Rusiya tərəfini çox pis situasiya ilə üz-üzə qoydu".

Lavrovun bu qədər açıq və sərt danışığına gəlincə, Manukyan deyib ki, Ermənistanda hər şeydə Rusiyanın günahlandırılmasından Moskva artıq bezib.












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.