"Ermənistan Azərbaycanla bütün kommunikasiya əlaqələrini açmağa hazırdır" - Ararat Mirzoyan

24-03-2023, 12:09           
"Ermənistan Azərbaycanla bütün kommunikasiya əlaqələrini açmağa hazırdır" - Ararat Mirzoyan
"Ermənistan bütün kommunikasiya əlaqələrini açmağa hazırdır".

TEREF.AZ “Report”a istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Misirin “Əl Qahirə nuys” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, Bakı və İrəvan arasında müzakirələrin fərqli komponentləri var: “Birincisi, regionda bütün nəqliyyat kommunikasiyalarının açılması, ikincisi, sərhədin demarkasiyası və sərhədlərin təhlükəsizliyinin təmin edilməsi, üçüncüsü isə sülh sazişidir”.

Nazirin sözlərinə görə, kommunikasiya məsələsində mövqelər üst-üstə düşür.

“2020-ci ildə baş vermiş müharibədən sonra sülh müqaviləsi ilə bağlı Azərbaycanla danışıqlar davam edir”, - A.Mirzoyan söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru