Kissincer: “İkinci soyuq müharibə birincidən daha təhlükəli ola bilər”

27-03-2023, 00:05           
Kissincer: “İkinci soyuq müharibə birincidən daha təhlükəli ola bilər”
ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer hesab edir ki, ikinci soyuq müharibə birincidən daha təhlükəli ola bilər.
Teref.az APA-ya istinadən xəbər verir ki, o, bu barədə şənbə günü axşam İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində bildirib.

İkinci soyuq müharibənin potensial olaraq birincidən daha təhlükəli olub-olmaması ilə bağlı suala Kissincer müsbət cavab verib.
Onun fikrincə, bu, ABŞ və Çin arasında başlaya bilər. O, bunu bu ölkələrin müqayisə edilə bilən maliyyə resurslarına malik olması ilə izah edib. Qeyd edib ki, birinci soyuq müharibə zamanı vəziyyət belə olmayıb.
ABŞ-ın keçmiş dövlət katibi hesab edir ki, “Çinin qərbləşməsini gözləmək” artıq inandırıcı strategiya deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru