Antarktidada təhlükəli fəallıq - "Bu, narahatedici əlamətdir"

19-09-2023, 00:24           
Antarktidada təhlükəli fəallıq -
Peyk məlumatları qlobal istiləşmə səbəbindən Antarktidadakı dəniz buzlarının səviyyəsinin mövsümi orta səviyyədən xeyli aşağı olduğunu üzə çıxarıb.

Teleqraf.com xəbər verir ki, ABŞ Milli Qar və Buz Məlumat Mərkəzinin (NSIDC) Antarktida buzlaqları ilə bağlı məlumatları araşdıran Uolter Meyer buz səviyyəsinin ağlasığmaz dərəcədə aşağı olduğunu deyir.

Amerikalı elm adamı ərimiş buzlaqların əvvəlki səviyyəyə qayıdacağı ilə əlaqədar o qədər də optimist olmadığına diqqət çəkib.

NSIDC məlumatlarına görə, təxminən 17 milyon kvadratkilometr ölçülən buzlaq sahəsi sentyabr ayının orta göstəricisindən 1.5 milyon kvadratkilometr aşağıdır.

Manitoba Universitetinin elm adamı Robbi Mallet məlumatların narahatlıq doğuracaq səviyyədə olduğunu vurğulayır:

“Bu, Antarktidada son 40 ildə görmədiyimiz iqlim dəyişikliyinin potensial narahatedici əlamətidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru