"Ofisiant işləyib anama baxıram" - Təhsil haqqını ödəyə bilməyən tələbə kömək istəyir

23-04-2019, 15:47           
"Ofisiant işləyib anama baxıram" - Təhsil haqqını ödəyə bilməyən tələbə kömək istəyir
Təhsil haqqını ödəməyə imkanı çatmadığı üçün universitetdən xaric olunan gənc Femida.az -a müraciət edib.

Ucar rayonu, Bərgüşad kənd sakini Anar Hümmətlinin sözlərinə görə, 2013-cü ildə Asiya Universitetinə qəbul olunub. 2015-ci ildə həmin universitet bağlandıqdan sonra Təhsil Nazirliyinin xətti ilə tələbələr Azərbaycan Universitetinə köçürülüb. Ailənin maddi vəziyəti çətin olduğundan Anar Hümmətlinin təhsilində iki dəfə fasilə yaranıb.


“Tarix fakültəsinin tələbəsiyəm. 2017- ci ilin yanvarından təhsil haqqını ödəməyə imkanım çatmadığından təhsilimi dayandırdım. Bakıda anam və bacımla birgə kirayədə yaşayırıq. Ailəmizi dolandırmaq üçün restoranda ofisiant işləyirəm. Bu qazancla illik 2500 manat təhsil haqqını ödəməyə gücüm çatmır. Universitetdə təhsildən, davranışdan çox razıyam. Burada oxuyan tələbə heç bir maneə ilə qarşılaşmır. Mənim problemim təhsil haqqı borcumla bağlıdır. Əvvəlki illərin təhsil haqqını qohumların, yaxşı insanların köməkliyi ilə ödədik. İndi sonuncu kursdayam. Universitetə 3818 manat təhsil haqqı borcum var. Bunu ödəyə bilmədiyim üçün dərslərə buraxılmıram. 2019-cu ilin fevralından mənə xəbərdarlıq edilmədən universitetdən xaric edildim. Tələbə krediti götürmək istəyirdim. Bizim Universitet həmin şəbəkəyə qoşulmadığı üçün o xidmətdən istifadə edə bilmədim. Təhsilə, gənclərə önəm verən şəxslərdən xahiş edirəm ki, mənim təhsil haqqımın ödənilməsinə kömək etsinlər. Mətbuatda tez-tez Mehriban xanım Əliyevanın humanist addımlarını görürüəm. Ümid edirəm ki, mənə də kömək olacaq. Universitetə daxil olmaq üçün çox əziyyət çəkmişəm. Arzum odur ki, bitirəm və Tarix müəllimi işləyəm. ”


Femida.az gəncə kömək etmək istəyən şəxslər üçün məlumatları təqdim edir:

VÖEN: 1500505261

ATABANK ASC

VÖEN 9900006651

M/h AZ50 NA BZ013 501 000 000 000 32944
M/h AZ 09ATAZ 012 000 520 410 001 400 60

SWIFT BIK ATAZAZ 22

Tələbə: Hümmətli Anar İntiqam oğlu
Əlaqə nömrəsi: 0508822335













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.