“Vallah, bu yekəlikdə biabırçılıq olmaz”

19-05-2019, 20:50           
“Vallah, bu yekəlikdə biabırçılıq olmaz”
Azərbaycanda böyük biabırçılıq olub. Yaqub Mahmudov kitabları üçün tender elan edib”.

“Yeni Sabah” xəbər verir ki, bunu təhsil üzrə ekspert Etibar Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix İnstitutu elmi əsərlərin optimal müddətə və sərfəli qiymətə nəşri və çapının satın alınması məqsədi ilə açıq tender elan edib.

Bu institutun direktoru akademik Yaqub Mahmudovdur. Tenderdə iştirak edən kitabların sırasında isə Y. Mahmudovun kitabları üstünlük təşkil edir. Onlar aşağıdakılardır:

Yaqub Mahmudovun tarixçilər məktəbi – Biblioqrafiya
Tanıdığımız və tanımadığımız Yaqub Mahmudov
Şərəfli ömrün bir səhifəsi:Tarix fakültəsi (1986-1990)
Akademik Yaqub Mahmudovun elmi yaradıcılığında Qarabağ mövzusu
Şəkiyə aid 3 kitab

İnstitut direktoru kitabının nəşri və çapnın satın alınması məqsədilə tender elan edir. “Tender prosesində maraqların toqquşması məsələsi var. Buna mütləq əməl olunmalıdır. Vallah bu yekəlikdə biabırçılıq və qeyri-ciddilik olmaz”.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.