Jurnalist “Özsüt” restoranının fırıldağını açdı - FOTO

23-05-2019, 11:17           
Jurnalist “Özsüt” restoranının fırıldağını açdı - FOTO
Azinforum.az xəbər verir ki, jurnalist Aynur Elgünəş Bakıda fəaliyyət göstərən “Özsüt” restoranlar şəbəkəsinin fırıldağının üstünü açıb. Həmkarımız müəyən edib ki, əsas mənzil qərərgahı Türkiyədə yerləşən restoranın təqdim etdiyi yemək porsiyaları iki ölkə ilə müqayisə olunmayacaq dərəcədə fərqlidir. Sitat: “Özsüt-Baku” bizi dolayır. 1 nəfərlik qəhvəaltı əslində belədir, özü də 32 tl-yə. Bakıda hər şeyi duz qabında gətirirlər”. Sözügedən məbləği bizim pula çevirəndə 5-6 manat edir. Burda isə restoranın təqdim etdiyi qəlyanaltı menyusunun qiyməti həddən artıq bahadır.

Qeyd edək ki, “Özsüt” Bakıdakı türk restoranları içərisində ən bahalı iftar menyusu təqdim edən restoran kimi də adını ön sıraya yazmağı bacarıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.