“20 Yanvar”da “Böyük təmizlik”: Problem həll edilir, yoxsa yenisi yaradılır? - VİDEO

17-09-2019, 21:11           
“20 Yanvar”da “Böyük təmizlik”: Problem həll edilir, yoxsa yenisi yaradılır? - VİDEO
Son illərdə Bakının “sərnişindaşıma qovşağı”na çevrilmiş 20 Yanvar metrostansiyasının yaxınlığındakı ərazidən şəhərətrafı qəsəbələrə işləyən “1 manatlıq” taksilərin fəaliyyəti məhdudlaşdırılır.

Müşahidələrə əsasən, Dövlət Yol Polisinin (DYP) əməkdaşları qeyd olunan ərazidə reydləri gücləndirərək, dayanacaqların ətrafında xaotik vəziyyətə səbəb olan “1 manatlıq” taksilərin “ayağını” demək olar, kəsib.

Bununla belə, həmin taksilərin fəaliyyəti yollarda sıxlıq və bəzən isə tıxac yaratsa da, Bakıətrafı qəsəbələrin sakinləri arasında onlara tələbat böyükdür. Başqa sözlə, ictimai nəqliyyatda əsəb və vaxt itkisi ilə üzləşmək istəməyənlər məhz həmin taksilərin xidmətindən yararlanırlar.

Yenicag.az məsələnin aktuallığını nəzərə alaraq, “1 manatlıq” taksilərlə bağlı vəziyyəti Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov və nəqliyyat eksperti Elməddin Muradlı ilə müzakirə edib.

Həmin videomaterialı təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru