Adil Vəliyevə barmaq silkələnib... - Ondan hər kəs narazıdır...

10-12-2019, 12:49           
Adil Vəliyevə barmaq silkələnib... - Ondan hər kəs narazıdır...
Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyevin bütün əndazələri aşan hərəkətləri, həyata keçirdiyi qanuna zidd işlər və ölkə rəhbərliyinin ona tapşırdığı işləri lazımi səviyyədə yerinə yetirə bilməməsi barədə əvvəlki sayımızda geniş məlumat vermişdik. Təəssüf hissi ilə bildirmək istəyirik ki, adıçəkilən məmur bütün bunlardan hələ ki, heç bir nəticə çıxarmamış kimi görünür. DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, artıq bütün bu narazılıqlarla bağlı Adil Vəliyevə xon xəbərdarlıq edilib.

Mənbənin dia.az-a söylədikləri: "Hətta ola bilsin ki, onunla bağlı gediş qərarı da rəsmən elan olunsun. Çünki Adil Vəliyevdən təkcə "yuxarılar" və Sabunçu sakinləri yox, Bakı meriyası da ciddi narazıdır".

Qeyd edək ki, Adil Vəliyev Sabunçu rayonunu hələ də öz bildiyi formada idarə edir, dövlət büdcəsindən rayonun abadlaşması məqsədilə ayrılan büdcə vəsaitlərini təyinatı üzrə xərcləmir.

Bildirək ki, Adil Vəliyev bu vəzifəyə təyin olunana qədər aktiv biznes fəaliyyəti ilə məşğul olub. “Porsche”, “Audi”, “Seat” və “Wolksvagen” kimi avtomobil nəhənglərinin Azərbaycandakı satış mərkəzlərinin məhz icra başçısının nəzarətində olduğu bildirilir. Deyilənə görə, Adil Vəliyev icra başçısı keçəndən sonra biznesini oğlu Ənvər Vəliyevə həvalə edib. Sabunçu rayonunun durumu isə göz qabağındadır.

Rayonun əksər qəsəbə və küçələrində acınacaqlı vəziyyət hökm sürməkdədir. Amma buna baxmayaraq, icra başçısı həmin problemlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görmək istəmir. Aparılan araşdırmalar göstərir ki, Adil Vəliyev ötən müddət ərzində bir sıra birtəhər yollara baş vuraraq şəxsi varidatını xeyli artırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.