İcra başçısı və “EuroHome”un rəhbəri mağaza sahibləri ilə görüşüb - KONPENSASİYAYA GÖRƏ

13-12-2019, 11:31           
İcra başçısı və “EuroHome”un rəhbəri mağaza sahibləri ilə görüşüb - KONPENSASİYAYA GÖRƏ
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev “EuroHome” ticarət mərkəzinin rəhbəri ilə birlikdə yanğından ziyan çəkmiş sahibkarlarla yenidən görüşüb.

Teref.az "report"a istinadla xəbər verir ki, “EuroHome” ticarət mərkəzinin sahibi ilə yanğından zərərçəkən sahibkarlar arasında təkrar görüş keçirilib.

Sahibkarlara dəymiş ziyanla əlaqədar olaraq aparılan müvafiq araşdırmalar barədə məlumat verilib.

Bildirilib ki, hazırda dəymiş ziyan müəyyən edilir və sahibkarlara ödəniləcək kompensasiya şərtləri müzakirə edilir.

Qeyd edək ki, baş vermiş yanğın, ümumilikdə, 21.000 kv.m sahəni əhatə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru