Təyyarə ilə səyahətin şərtləri - Hava nəqliyyatı üçün sağlıq tövsiyyələri açıqlandı

2-06-2020, 22:38           
Təyyarə ilə səyahətin şərtləri - Hava nəqliyyatı üçün sağlıq tövsiyyələri açıqlandı
Maska taxmaq, temperaturun yoxlanması, təyyarənin dezinfeksiya edilməsi: Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT) dünən – iyunun 1-də hava nəqliyyatı sənayesi üçün sağlıq tövsiyələrini açıqlayıb.

Protokolu BMAT ilə Dünya Səhiyyə Təşkilatı və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası birlikdə hazırlayıblar.

“Frans Pres” agentliyi yazır ki, 2001-ci ilin 11 sentyabr terrorundan sonra Birləşmiş Ştatlarda tətbiq olunmuş təhlükəsizlik tədbirlərindən bəri belə dəyişikliklər təklif olunmayıb. Aeroportlara gedən sərnişinlər sağlamlıq haqqında arayış təqdim etməli, ilkin temperatur yoxlamasından keçməlidirlər. Aeroportda onlayn qeydiyyatdan keçməyə üstünlük verilir. Təhlükəsizlik yoxmalasından keçid qaydalarına da yenidən baxılmalıdır ki, fiziki təmas, növbə gözləmək azalsın.

Kontaktsız texnologiya, üz, yaxud gözün skan olunması tövsiyə olunur.

“Bu, əməkdaşlarla sərnişinlər arasında səyahət sənədlərinin yoxlanması ehtiyacını aradan qaldıracaq, yaxud ciddi şəkildə azaldacaq”, – protokolda vurğulanır.

Sərnişinlərə mümkün qədər az, bircə əl yüküylə səyahət etmək tövsiyə olunur. Daha təyyarədə oxumağa qəzet, yaxud jurnal verilməyəcək, rüsumsuz (duty-free) satışlar məhdudlaşdırılacaq.

Təyyarədə və terminallarda maska taxmaq məcbur olacaq, azı bir metrlik məsafə gözlənməsi tövsiyə edilir.azpolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.