İcazə portalından istifadə edən bu şəxslər haqqında ciddi tədbirlər görüləcək - DİQQƏT

5-06-2020, 13:38           
İcazə portalından istifadə edən bu şəxslər haqqında ciddi tədbirlər görüləcək - DİQQƏT
“"icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir”.Yeniavaz.com xəbər verir ki, bu məlumat tam məhdudlaşdırılma günlərində fəaliyyət göstərmək məqsədilə icazə almaq üçün yenidən aktivləşdirilmiş portal (https://icaze.e-gov.az/Login)da qeyd olunub.

Məlumat belədir:

“Diqqət! Portalda əməkdaşlarınızı qeydiyyatdan keçirmədən öncə Nazirlər Kabinetinin aidiyyəti qərarlarının təşkilatınıza şamil edilib-edilmədiyini dəqiqləşdirin. "icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir”.

Qeyd edək ki, Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən icaze.e-gov.az portalının faaliyyəti yenidən aktivləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru