Xocavənd sakinlərinə YEZİD zülmü: Əhmədzadə susur – VİDEO

7-07-2020, 12:52           
Xocavənd sakinlərinə YEZİD zülmü: Əhmədzadə susur – VİDEO
Azərbaycanda qeyri-neft sektorunun bərbad olmasının səbəblərindən biri də monopoliyanın xərçəng xəstəliyi kimi ölkəəmizdə yayılmasıdır. İş adamlarının üzləşdiyi ən böyük bəla məhz bu budur: Borc-xərclə kənd təssərüfatı ilə məşğul ol, amma monopolistlərin saqqalının altından keç...

Rayon yerlərində kənd təsərrüfatı biznesindən danışmağa dəyməz, kəndlinin həyat şəraiti bərbad vəziyyətdədir.Əkdiyini ya suvara bilmir, ya da biçə bilmir yaradılmış süni əngəllərə görə.

Suvarma problemi bir yandan, biçin bir yandan problemə çevrilir. Monopolistlər xırda iş adamlarının və illik ruzisini qazanmaq istəyən kəndlinin qəniminə çevrilir. Əyalətlər "Təpəgözün müridləri" ilə doludur. Nağıllarda oxuduğumuz yeddibaşlı əjdahalar 21-ci əsrdə Azərbaycanda peyda olublar. Kiminsə bığının altından keçməsən, kiməsə rüşvət verməsən, sənə su verməzlər. Ona görə də əkdiyi buğdanın, arpanın, yoncanın və digər kənd təsərrüfatı məhsullarının susuzluqdan yanan tarlasında kəndlinin özü də "yanır"...

Yalnız şəxsi mənafeyini düşünən bu tip məmurlarla ölkənin iqtisadi inkişafından danışmağa dəyməz. Onlar hər addımlarında ölkə vətəndaşını incidir- ölkəsindən, dövlətindən, yaşayışından...

Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yarıtmaz fəaliyyəti, monopolistlərlə iş birliyi və yaxud da işbazların ona təsiri nəticəsində cəbhəyanı rayonlarda yaşayan insanların əziyyət çəkməsi ölkə adına utanverici hadisədir. Təmas xəttində yaşayan insanlara bu cür "qayğı"ya STOP deməyin vaxtıdır. Əslində, orda yaşayan insanlara xüsusi güzəştlər tətbiq etmək əvəzinə onları oliqarx qurbanına çevirmək iqisadiyyata da, hərbi-vətənpərvərlik ruhuna da balta vurmaq kimi bir şeydir.

Uzun müddətdir ki, Haramı düzündə məskunlaşmış Xocavənd rayonundan olan məcburi köçkünlər, Fizuli rayon Yuxarı Mil Muğan Hidro qovşağın rəhbərliyi tərəfindən suvarma suyu ilə imtahana çəkilir. Bu barədə Miq.az-ı məlumatlandıran şikayətçilərin sözlərinə görə dəfələrlə lazımi ünvanlara müraciət olunsa da, hələ də Xocavənd sakinlərinə qarşı olan bu ögeyliyin səbəbləri bilinmir:

"Ətrafımızdan keçən Yuxarı Qarabağ, Aşağı Mil kanalları daim dolu vəziyyətdə olduğu halda, Yuxarı Mil kanalı Yalnız Xocavənd ərazisinə qədər su ilə dolu olur. Bu da əhalinin suvarma suyuna olan ehtiyacını ödəyə bilmir. Əhalini haqlı olaraq bir məsələ düşündürür”-deyə sakinlər redaksiyamıza müraciətində bildirirlər.

FOTO: Susuzluqdan yanan əkin sahəsi

"Mənbəyini Horadiz qəsəbəsi yaxınlığından götürən Yuxarı Mil kanalının üstündə quraşdırılan, böyük həcmli su matorları məmurlara, oliqarx nazirlərə mənsubdur. Səhər tezdən işə salınan motorlar axşam söndürülənə kimi Xocavəndə bir damcı da suyun gəlməsinə imkan verilmir. Yalnız axşam motorlar söndürüldükdən sonra artıq qalan su, səhər saatlarında Xocavənd ərazisinə çatır. Səhər isə yenidən işə salınan motorlar suyun qurumasına səbəb olur. Belə olan halda, əhalini bir sual düşündürür.

1.Bəs Xocavənd rayonunda olan əhaliyə ayrılmış su fondu necə olub?
2.Bu ayrılmış fonddan kimlər istifadə edir?
3.İstifadə edilmədiyi halda yığılan su pulları nə üçündür?
4.Suyun gətirilməsi üçün tələb olunan rüşvət kimlərə çatmalıdır?
5.Əjdaha kimi kanalın qabağını kəsən məmur oliqarxlar kimlərdir?

İran su vermir, Arazda su yoxdur bəhanələri ilə əhalini aldadaraq, vətəndaşları dövlətə qarşı qaldırmaq hansı məmurlara, nazirlərə sərf edir? Yəqin ki, komitə sədri olan Əhmədzadənin belə marağı olmaz. Xocavənddə suyun olmamasının bir səbəbi də yəqin ki, yerli idarə müduriyyətinin ya acizliyi, ya da tələb olunan rüşvəti verə bilməməsidir.

Sakinlərin redaksiyamıza verdiyi məlumatda o da qeyd olundu ki, bu mövzu ilə əlqadar olaraq vətəndaşlar ölkə başçısına video-mürzaciət hazırlamaq niyyətindədirlər.

Mövzuyla bağlı araşdırmamız davam edir və yenidən bu mövzuya qayıdacağıq.miq.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.