Smartfon bazarının lideri dəyişdi - «Apple» və ya «Samsung» deyil

3-08-2020, 11:01           
Smartfon bazarının lideri dəyişdi -
Son 9 ildə ilk dəfə olaraq dünyanın smartfon bazarının lideri «Apple» və ya «Samsung» deyil.

FED.az xəbər verir ki, 2020-ci ilin ilk yarısının nəticəsi olaraq Çinin «Huawei» şirkəti smartfon satışı üzrə dünya lideri olub.
«Huawei» şirkəti bu ilin ikinci yarısında 55,8 milyon smartfon sataraq «Samsung»u arxada qoyub. Cənubi Koreya şirkəti bu dövrdə cəmi 53,7 milyon smartfon sata bilib. «Canalys» şirkətinin məlumatına görə, ilk dəfədir ki, rüblük smartfon satışında dünya lideri «Samsung» və ya «Apple» deyil.

Ümumilikdə ilin 2-ci rübündə, «Huawei»nin satışları ötən illə müqayisədə 5% azalıb. Amma bu müddətdə «Samsung»un satışları daha çox – 30% azalıb.

Amerika sanksiyalarından əziyyət çəkən Çin şirkətinin bu uğurunun səbəbi Çindəki satışlarının artmasıdır. Sanksiyalar səbəbindən «Huawei» xaricə telefon sata bilmir. Elə bu ilin ikinci rübündə də onun satışları 27% azalıb. Amma şirkət Çin daxilində liderliyini möhkəmləndirib. Hazırda «Huawei»nin hər 100 smartfonundan 70-i Çində satılır.

«Canalys»in baş analitiki Ben Stenton bildirir ki, «Huawei»nin liderə çevrilməsi gözlənilməz olub və koronavirus səbəbindən baş verib. Onun sözlərinə görə, «Huawei» koronavirusdan sonra Çində baş verən iqtisadi artımdan istifadə edərək satışoarını yüksəldib. «Samsung»un isə satışlarının yalnız 1%-i Çinin payına düşür. Bu şirkət daha çox Braziliya, Hindistan, ABŞ və Avropaya hədəflənib, burada isə hələlik koronavirus problemləri və qadağaları davam edir.

«Canalys»in digər analitiki Mo Szya isə hesab edir ki, qarşıdakı dövrdə «Huawei»in liderliyini qoruması çətin olacaq. Çünki getdikcə daha çox ölkə, xüsusilə də əla bazar olan Avropa «Huawei» qurğularına ehtiyatla yanaşır və Çindəki dirçəlmə «Huawei»in zirvədə qalmasına kifayət etməyəcək.

Doğrudan da Avropada «Huawei»in satışları azalır. 2019-cu ilin ikinci rübündə Avropada hər 100 smartfondan 22-i «Huawei» idisə, 2020-ci ilin 2-ci rübündə bu rəqəm 16%-ə düşüb. Əvəzində digər Çin şirkəti «Xiaomi» APvropa bazarında payını 3%-dən 16%-ə yüksəldib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.