Almaniya vətəndaşları Azərbaycan şirkətindəki paylarını satıb

3-08-2020, 15:40           
Almaniya vətəndaşları Azərbaycan şirkətindəki paylarını satıb
Azərbaycanın aparıcı tikinti şirkəti - "Azvirt" MMC-nin müvafiq olaraq 30%-lik və 20%-lik təsisçiləri - Almaniya vətəndaşları Mantin Manfred və Sakhariaz Valter paylarını satıb.

"Report" xəbər verir ki, onların payını müvafiq olaraq Almaniya şirkətləri - "Martin Beteiligungs GmbH & Co KG" və "Walz GmbH & Co KG" əldə edib.

Azərbaycan-Almaniya birgə müəssisəsinin digər təsisçiləri isə əvvəlki qaydada Azərbaycan vətəndaşı Elnur Əliyev (25%) və Lüksemburqun “Falcom Holding”idir (25%).

Xatırladaq ki, "Azvirt" 1995-ci ildə “Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserni, Bakı Şəhər İcra Hakimiyyəti və Almaniyanın "Virtgen İnternational Gmbh" şirkətinin iştirakı ilə müvafiq olaraq mülkiyyətin 11%, 40% və 49% bölüşdürülməsi əsasında Azərbaycan-Almaniya Birgə Müəssisəsi kimi təsis edilib. 2004-cü ildə şirkət MMC kimi yenidən qeydiyyatdan keçib və özəlləşdirilib.

İlk öncə Bakıda yol tikintisi ilə məşğul olan "Azvirt" zaman keçdikcə yol və hava limanı infrastruktur layihələri üzrə tam xidmət göstərən beynəlxalq şirkətə çevrilib. Kommersiya qurumu Azərbaycanla yanaşlı, Serbiya, Qırğızıstan, Ukrayna və Bosniyada fəaliyyət göstərir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.