Əmək müqaviləsinə işçinin vəfatına görə xitam verilməsi – Dəfn pulu necə hesablanır?

7-08-2020, 21:45           
Əmək müqaviləsinə işçinin vəfatına görə xitam verilməsi –
İşə xitam verilməsi

Əmək Məcəlləsinin 74 maddəsinin “e” bəndi. 1. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: e) iççi vəfat etdikdə;

Təminat

Əmək Məcəlləsinin 77.7 bəndi Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “ç” bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir.

Sosial sığorta haqqında qanun

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində nəzərdə tutulan dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlik müavinəti alan şəxslərdən biri vəfat etdikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dəfn üçün müavinət təyin edilməsi ilə bağlı müraciətləri əhatə edir.

İşləyirsə DSMF-yə müraciət: “Dəfn pulu almaq üçün ölüm haqda şəhadətnamənin surəti, haqq-hesab cədvəli, protokol, Dövlət Sosial Müdafiə Fonduna ünvanlanan məktub, eyni zamanda şəxsin vərəsəliyini təsdiq edən müvafiq sənədlər təqdim olunmalıdır”.

Dəfn pulunu almaq hüququna malik olanlar

Birinci növbədə – ölənin arvadı (əri), uşaqları, övladlığa götürdüyü uşaqlar, valideynləri.

İş üçün sənədləşmə

Ölüm haqqında şəhadətnamə. Xitam əmri.

Qeyd: Xitam əmri yazıldıqdan sonra ölüm haqqında şəhadətnamənin sürəti əmrin arxasına tikilir.

Vergi tutulmaları

Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi (Gəlir vergisindən azadolmalar və güzəştlər). Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar;

“Sosial sığorta haqqında” Qanunun 6-cı maddəsinə əsasən isə dəfn üçün ödənilən müavinətlər dövlət müavinətlərinə aid edilmişdir.

Qeyd: Yuxarıdakılara əsasən məcburi sosial sığorta haqları və vergi tutulmur.

Hesablama

Əmək Məcəlləsinin Maddə 177.3 maddəsi (Orta əmək haqqı və onun hesablanması qaydası) 2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktik işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur.

2 aydan az işlədikdə: İşçinin aylıq əmək haqqısı 400 manatdır. Bir ay (iyun ayı) işədikdən sonra vəfat edib: Əmək Məcəlləsinin 177.3 maddəyə əsasən 2 aydan az işləyib. İşlədiyi 1 ayda 20 iş günü olub. 400/20 = 20 manat. Bir iş gününə 20 manat vəsait edir. Vəfat etdiyi ay iş günü 22-dir. 20*22 = 440 manat edir. Bir aya düşən vəsait 440 manat etdi. ƏməkMəcəlləsinin 77.7 maddəsinə əsasən orta aylıq əməkhaqqının 3 misli verilməlidir. 440 * 3 = 1320 manatvəsait ödəniləcək.

Digər halda: İşçinin aylıq əmək haqqısı 400 manatdır. O, iyul ayında vəfat edib. May ayında işgünləri 20, iyun ayında 22 olub. Əmək Məcəlləsinin177.2 maddəyə əsasən əmək məzuniyyəti dövrü üçünverilən əmək haqqı istisna olmaqla qalan bütünhallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki ikitəqvim ayı ərzində qazandığı əmək haqqının cəmihəmin aylardakı iş günlərinin sayına bölməklə birgünlük əmək haqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqlamüəyyən edilir.

Misal: 800/42 = 19,05 manat. Bir iş gününə 19,05manat vəsait düşür. Vəfat etdiyi ay iş günü 22-dir. 19,05*22 = 419,10 manat edir. Bir aya düşən vəsait419,10 manat etdi. Əmək Məcəlləsinin 77.7 maddəsinəəsasən orta aylıq əmək haqqının 3 misli verilməlidir.419,10 * 3 = 1257,30 manat vəsait ödəniləcək.

İqtisadçı-ekspert Rauf Qarayev.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.