Araz Supermarket şəbəkəsindən şikayət edirlər: Lotoreyada fırıldaq var......

8-08-2020, 18:12           
Araz Supermarket şəbəkəsindən şikayət edirlər:
Teref.az xəbər verir ki, Seymur Djaa (Сеймур Джаа) adlı vətəndaş sosial şəbəkədə Araz Supermarket şəbəkəsindən şikayət yerləşdirib.
Vətəndaş şikayətindəı yazır:
Şikayətim Araz Supermarket şəbəkəsindəndir. Belə ki lotoreya keçirirdilər, 6 ədəd Kuleri bonus kartı ilə alan və saytda qeydiyyatdan keçərək qəbzin şəklini yükləyərək qeydiyyatdan keçən hər kəs lotoreyada iştirak haqqı qazanırdı. Mən də eynisini etdim. Lakin lotoreyanın keçirildiyi gün “Qeydiyyatdan keçənlər”in siyahısına baxdım mənim kartımın nömrəsi yox idi.

Canlı yayımda qeyd elədim bu məsələni, mənim kimi bir çox şəxs də oxşar hal olduğunu bildirdi və qeydiyyat siyahısında adlarının olmadığını bildirdilər. Açıq aşkar fırıldaqçılıqdır başqa adı da yoxdur. Heç qalibləri belə hər hansı sistemlə yox, qabaqcadan yazılmış bir bölmərə keçid edərək göstərirdilər. Hərkəsə məsləhətim onların bu cür saxtakar oyunlarına qoşulmasınlar. Hətta imkan varsa heç alış veriş də etməyin. Bunlar Supermarket adına birbaşa ləkədilər.
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.