Təhsil naziri tədris prosesi ilə bağlı təkliflər gözləyir:"Bu mövzu ilə bağlı "səhv" və ya "düz" fikir yoxdur"

14-08-2020, 00:12           
Təhsil naziri tədris prosesi ilə bağlı təkliflər gözləyir:"Bu mövzu ilə bağlı "səhv" və ya "düz" fikir yoxdur"
“COVİD-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı hazırlanmış təkliflərə görə Azərbaycan Respublikasının Təhsil İnstitutuna təşəkkürümü bildirirəm”.

Bunu Təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini artırır:

“Mövzu ilə bağlı rəy və təkliflərinizi eşitmək çox maraqlı olardı. Təhsil Nazirliyi ictimai rəyin öyrənilməsinə və vətəndaşların qərarların qəbul edilməsində iştirakına böyük önəm verir. Xüsusi olaraq vurğulamaq istərdim ki, bu mövzu ilə bağlı “səhv” və ya “düz” fikir yoxdur, bütün rəylər və tövsiyələr faydalıdır. Rəy və təkliflərinizə görə hər birinizə əvvəlcədən dərin minnətdarlığımı bildirirəm”/APA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.