Tarix İnistitutu öz əməkdaşının şirkətinə 138 minlik tender verdi - Büdcə pulları belə yeyilir...

25-09-2020, 16:44           
Tarix İnistitutu öz əməkdaşının şirkətinə 138 minlik tender verdi - Büdcə pulları belə yeyilir...
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutu çap məhsullarının alınmasına 138 526 AZN xərcləyəcək.

Yenisabah.az xəbər verir ki, institun bununla əlaqədar “Turxan Nəşriyyat-Poliqrafiya Birliyi” MMC ilə müqavilə imzalayıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Turxan Nəşriyyat-Poliqarfiya Birliyi” MMC 12 dekabr 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, B.Bağırova küçəsi, ev 7, mənzil 29-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Əliyev Eldar Abas oğludur.

Açıq mənbələrdə MMC barədə hər hansı məlumat yoxdur. Şirkətin qanuni təmsilçisinə gəlincə, araşdırmalırımız zamanı bəlli olub ki, Eldar Əliyev texnika üzrə fəlsəfə doktoru, dosentdir. 3 dərslik və 5 metodik vəasitin müəllifi olan dosent AMEA A.Bakıxanov adına Tarix İnstitutunda çalışır. Eldar Əliyev institutda böyük elmi işçi vəzifəsini daşıyır. Onun sahibi olduğu MMC-nin tenderdə qalib gəlməsində bu amilin mühüm rol oynadığı şübhəsizdir.

Bildirək ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudovdur. O, 2000-ci ildən 2020-ci ilə kimi həm də millət vəkili olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.