Azərbaycan şirkəti Füzulidə - Böyük Zavod Tikəcək

22-10-2020, 10:49           
Azərbaycan şirkəti Füzulidə - Böyük Zavod Tikəcək
Azərbaycanın ən byöük tikinti materialları istehsalçılarından olan «Qazax sement Zavodu» MMC işğaldan azad edilmiş Füzuli rayonunda beton zavodu açmaq niyyətindədir.

Bu barədə FED.az-a zavoddan bildirilib: «Zavodumuzun azad edilmiş Qarabağın şəhərlərinin bərpasında fəal rol oynaması üçün bütün imkanları var. Biz yeni gözəl binaların, körpülərin, yolların, Vətənimizin xeyrinə olacaq hər şeyin tikintisində iştirak etmək istəyirik. Hətta logistik baxımdan da biz Qarabağ regionuna hər kəsdən yaxınıq. Zavodun gücü bu xeyirxah missiya üçün kifayət qədərdir».

Qeyd edək ki, indiyədək Qazax Sement Zavodu ölkənin müxtəlif yerlərində beton zavodları işə salıb, növbəti zavodun isə Füzulidə açılması nəzərdə tutulub: «Hələ pandemiyayadək biz Ağdaş, Şəmkir və Qubada beton zavodlarını işə salmışıq. İndi isə azad edilmiş Füzulidə beton zavodu açmağı arzulayırıq. Çox tezliklə işğaldan azad edilmiş ərazilərdə tikinti-bərpa işləri başlayacaq. Qazax sement zavodu bu işləri sement və betonla təmin etməklə rayonların bərpasına öz töhfəsini verəcək»-deyə bildirilib.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.