Diqqət: "Yelo Bank"ın zərəri artır

31-10-2020, 09:21           
Diqqət: "Yelo Bank"ın zərəri artır
“Yelo Bank” cari ilin 3-cü rübünə olan hesabatını açıqlayıb.



Pravda.az bankın hesabatına istinadən xəbər verir ki, “Yelo Bank”-ın cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 3-cü rübündə 4 mln. 777 min manat azalaraq 442 mln. 209 min manata enib. Bundan başqa bankın cəmi öhdəlikləri 6 mln. 151 min manat artaraq 388 mln. 109 min manat olub. “Yelo Bank”-ın cəmi kapitalı 10 mln. 928 min manat azalaraq 54 mln. 99 min manata düşüb.



KREDİT VƏ DEPOZİT PORTFELİ



Bankın müştərilərinə verdiyi kreditləri 29 mln. 541 min manat artaraq 319 mln. 569 min manata bərabər olub. Bundan başqa bankın depozit portfelində də artım müşahidə olunub. Belə ki, bankın depozit portfeli ötən ilin 3-cü rübü ilə müqayisədə 6 mln. 40 min manat artaraq 286 mln. 765 min manata yüksəlib.



ƏMƏLİYYAT ZƏRƏRİ VƏ XALİS ZƏRƏRİ ARTIB



“Yelo Bank”ın faiz gəliri 3 mln. 19 min manat azalaraq 41 mln. 83 min manat, faiz xərci 2 mln. 882 min manat artaraq 14 mln. 680 min manat olub. Bankın xalis faiz gəliri 5 mln. 901 min manat artaraq 26 mln.402 min manat, qeyri-faiz gəliri 1 mln. 671 min manat azalaraq 2 mln. 264 min manat, qeyri-faiz xərci 4 mln. 853 min manat azalaraq 28 mln. 824 min manata düşüb. Buna görə də bankın əməliyyat zərəri cari ilin 3-cü rübündə 12 mln. 425 min manat artaraq – 158 min manata yüksəlib.



“Yelo Bank”ın xalis zərəri 24 mln. 812 min manat artaraq – 23 mln. 192 min manata çatıb. Bankın məcmu kapitalı da 12 mln. 683 min manat azalaraq 54 mln. 494 min manata düşüb.



Qeyd edək ki, “Yelo Bank”ın səhmlərinin 95,68%-i "Topaz İnvetment Limited" MMC-yə, 4,22%-i fiziki şəxslərə, 0,10%-i isə "İSR Holdinq" MMC-yə məxsusdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.