AzTV-dən qəzaya düşən əməkdaşlarının son durumu ilə bağlı açıqlama

11-09-2019, 12:30           
AzTV-dən qəzaya düşən əməkdaşlarının son durumu ilə bağlı açıqlama
Xəbər verdiyimiz kimi, dünən Bakının Səbail rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Parlament prospektində 2 avtomobilin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Cəfərzadə Samir Şahid oğlu və daha iki xanım xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralanan şəxslər Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları olub.
AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov “Yeni Sabah”a açıqlamasında yaralıların vəziyyətinin normal olduğunu bildirib:
“Vəziyyətləri normaldır, bir nəfər xəsarət almışdı, onun da vəziyyəti yaxşılaşır. Samir Cəfərzadə hazırda xəstəxanadadır. Digər iki xanım (Əzizova Aytac, Talıbova Səbinə) xəsarət almayıb və onların vəziyyəti yaxşıdır. S.Cəfərzadə isə ya bu gün, ya da sabah evə buraxılacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru