Brilliant Dadaşovanın paylaşımı hər kəsi qəzəbləndirdi: "Şəhidlərimiz var, sən isə... "

13-07-2020, 10:29           
Brilliant Dadaşovanın paylaşımı hər kəsi qəzəbləndirdi: "Şəhidlərimiz var, sən isə... "
Ötən gecə Xalq artisti Brilliant Dadaşova yenidən oğlu ilə bağlı paylaşım edərək, onu müdafiə etməyə çalışıb. Cəbhədə gərginlik yaşandığı, şəhid xəbərlərinin gəldiyi bir vaxtda müğənninin öz oğlunu əzizləməsi izləyicilər tərəfindən qəzəblə qarşılanıb və sərt tənqid olunub.

Musavat.com bildirir ki, Xalq artisti 2000-ci ildə oğlu ilə birgə çəkilən videonu paylaşaraq qeyd edib: "Deyirəm aman-zaman uşağımı da şeytandan, quru böhtandan qoruya bilmədim. Oğlum, məni bağışla. Kaş sənə əvvəldən milli xüsusiyyətimizə çevrilmiş sözbazların, iftiraçıların paxıl ünsürlərin çoxluq təşkil etdiyini balacalıqdan izah edərdim.

Hamımızın balasını Allah qorusun, bəndə kimdir ki. Bəli, xalqımız 30 ildir ki, şəhid verir. Məncə bir-birimizin, həyatın, təbəssümün dəyərini bilək".

Daha sonra B.Dadaşova videoda qəhqəhə çəkməsindən yazıb: "Mən bu qəhqəhəni çəkəndə 2000-ci il idi. Heç narahat olmayın. Çətin ki, dünyanı sarsıdan bu pandemiyadan sonra hansımızsa belə bir qəhqəhə ataq".

Brilliant Dadaşovanın bu paylaşımı bütün sosial izləyiciləri tərəfindən qəzəblə qarşılanıb. İzləyicilər "Sərhəddə döyüş gedir, şəhidlərimiz var, sən isə öz oğlunu əzizləyirsən. Heç hənanın yeridir?!", "Respublika şəhid, əsgər hayındadır, xəbəriniz var, Xalq artisti?!", "Sən də digər Xalq artistləri kimi şəhid xəbərlərindən paylaşım et, nəinki öz oğlundan" kimi şərhlər yazaraq, Xalq artistini tənqid atəşinə tutublar.

Xatırladaq ki, bir neçə gün öncə müğənninin oğlu Cahad sosial şəbəkədə “Fairmont Baku” hotelində yaxalananlarla bağlı qalmaqallı status paylaşmışdı. Onun paylaşımı sosial şəbəkələrdə və mətbuatda tənqid edilmişdi. Brilliant Dadaşova dərhal oğlunun statusunun tənqid edilməsinə reaksiya verərək, oğlunun fikrinin təhrif olunduğunu bildurmiş və onun müdafiəsinə qalxmışdı.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.