Məşhur model Türkiyədə döyüldü - FOTO

3-08-2020, 12:58           
Məşhur model Türkiyədə döyüldü - FOTO
Dünyaca məşhur ukraynalı top model Darya Kirilyuk və dostları İzmirin Çeşmə rayonundakı bir çimərlik klubunda mühafizəçilərin hücumuna məruz qalıb.

KONKRET.az xəbər verir ki, Kirilyik bu barədə sosial şəbəkə hesabında məruz qaldığı şiddəti göstərən şəkilləri paylaşaraq məlumat verib. Səbəbi qeyd olunmayan hücum nəticəsində model və onun 3 dostu döyülüb.

Aldığı zərbələrə görə üzündə göyərmələr və qanama yaranan model, paylaşdığı şəklin altında “Səssiz qalmaq istəmirəm. Mənə, sevgilimə ve qrupumuza nə olduğunu açıqlamaq istəyirəm. Momo çimərliyinin (Çeşmə, Türkiyə) mühafizəçiləri bizə hücum etdi. İçi mən qarışıq dörd qıza yumruq atıldı, uşaqlar pis yaralandılar. Polisə detallı məlumat verdik. Baş verənlərə biganə qalmaq olmaz”, – deyə o, qeyd edib.

Polis hadisə ilə bağlı istintaq başladıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.