Şortuna görə efirdə təhqir olunan Mina: "Verilişin tələsinə düşdüm"

25-09-2020, 11:53           
Şortuna görə efirdə təhqir olunan Mina:
Xəbər verdiyimiz kimi, ötən gün müğənni Minanın verilişlərin birinə şort geyinməsi canlı yayımda qalmaqala səbəb olub. UlduzumSan.Az-ın məlumatına görə, bu haqda Mina açıqlama yayıb: "Həmin verilişdən əvvəl ATV-də çəkilişdə idim. Özümlə 3 paltar aparmışdım. ATV-də olduğum geyimdə ARB-yə çıxmaq istəmədim. Zəng etdim ki, necə geyinim? Dedilər şort geyin. Hətta ATV-nin çəkilişi gec qurtardı deyə, ARB-yə yarım saat da gecikdim. Aparıcı məni görmədən elan edir ki, Mina gəlib özü də şort geyinib. Özüm şoka düşdüm ki, bu məni görməyib axı?! Mən gərək onda başa düşərdim ki, burada nəsə qurma var ki, onlar vurğunu məhz mənim geyimim üzərində başladılar. Sonradan canlı yayıma Zöhrə xanım, Gülü xanım zəng edib mənim geyimimə iradlarını bildirdilər. Heyif ki, mən gec anladım, bu, sadəcə, verilişin qurmasıdır. Bu yolla reytinq qazanmaq istəyirlər".
Mina bundan sonra bəzi verilişlərə çıxmağı özünə qadağa qoyduğunu bildirib: "Bundan sonra o cür ucuz verilişlərdə efirə çıxmağı özümə qadağan etdim. Mən hamıya hörmətlə yanaşıram. Amma onlar çalışır ki, adamı oyuna salsın. Nə deyim, Allah onların ürəyinə görə versin".
Mina efirə zəng edib ona irad bildirən Əməkdar artist Zöhrə Abdullayeva və Rəmişin yoldaşı Gülüyə də cavab verib: "Zöhrə Abdullayeva çox sərt danışdı. Ona yaraşdırmadım canlı yayımda efirə uyğun olmayan sözlər işlətməyi. Məni abırsız adlandırdı, tuman deyinmisən dedi. Zöhrə xanım öz abrını elə danışığı ilə göstərdi.
Rəmiş müəllim sənətkardır. Bəs onun həyat yoldaşı kimdir? Onun bu sənətə nə dəxli var? Anlamadım ki, o niyə zəng edib fikir bildirir? Mən kimlərəsə görə tərzimi dəyişəcək deyiləm. ARB kanalı bu günədək mənə dəstək olub. Amma bu veriliş və onun komandası məni oyuna gətirdi. Qəsdən hazırlanmış veriliş idi. Bu, haqsızlıqdır. Öz fanatlarımdan və tamaşaçılardan bu cür səviyyəsiz hadisəyə şahid olduqları üçün üzr istəyirəm”."
Qeyd edək ki, "Xəbər ətər" verilişi "SOY Production"un layihəsidir.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.