Xatirəni belə pərt etdilər – Nazilə Səfərli AÇIQLADI

26-10-2020, 20:16           
Xatirəni belə pərt etdilər – Nazilə Səfərli AÇIQLADI
Tanınmış teleaparıcı şairə Nazilə Səfərli bölgələrdən birində müğənni Xatirə İslamla qonaq olarkən başlarına gələn məzəli əhvalatı danışıb.

Bu barədə yazan şairə sənətçinin özü də bilmədən məzar daşı üçün şəkil çəkdirmək istədiyini bildirib:

“Deməli, Borçalının Baş Keçid mahalına Xatirə İslamla qonaq getmişdik. Ev sahibinin rəssam olduğunu öyrənən Xatirə xanım sevincək “Mənim də şəklimi çəkin” dedi. Rəssam İnşallah deyib mövzudan uzaqlaşmağa çalışdı. Bir az keçmiş Xatirə yenə şəkil çəkmək mövzusuna qayıtdı. Adam üzündəki üzgün nəzakət ifadəsi ilə “xanım, vaxtı gələr çəkərik” deyib yenə mövzunu dəyişməyə çalışsa da, Xatirə ərkyana, kinayəli tərzdə “Rəssam üçün şəkil çəkməyə vaxt gəlməlidir?” deyib, ev sahibini utandırdı. Məcburiyyət qarşısında qalan rəssam “Bəli Xatirə xanım, vaxtı gəlməlidir, hələ tələsməyin, çünki mən başdaşı rəssamıyam” dedi”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.