İmamoğlu Ərdoğanla bağlı suala BELƏ CAVAB VERDİ

26-04-2019, 08:41           
İmamoğlu Ərdoğanla bağlı suala BELƏ CAVAB VERDİ
İstanbulun yeni seçilmiş bələdiyyə sədri Əkrəm İmamoğlu İtaliyanın “La Stampa” qəzetinə müsahibə verib. “Ərdoğana qalib gəlmək artıq utopiya deyil” başlıqlı yazıda İmamoğlu “möcüzə adam” adlandırılır. Yazıda deyilir: “Yeni bələdiyyə başçısı çox həyacanlanmır və Ərdoğanın əzici qüvvəsinə qalib gəlmək üçün illərlə çalışmaq lazım gələcəyini bilir”.

İmamoğlu qəzetin “İstanbulda rayon bələdiyyələrinin çoxu AKP-nin əlindədir. Sizə çətinlik törətmək üçün əllərindən gələni edəcəklərini düşünmürsünüz ki?” sualının cavabında deyib: “Mənim məqsədim qarşılıqlı əməkdaşlığa əsaslanan sistem qurmaqdır. Hamının mənimlə çalışa biləcəyini bilməsini istəyirəm”. Qəzetin “Ərdoğanın iqtidarının sonu çatıbmı?” sualının cavabında İmamoğlu deyib: “Yerli seçkilərin nəticələrini daha çox bir prosesin başlanğıcı kimi görürəm. Əlimizə qiymətli fürsət düşüb. CHP ümumilikdə 40 milyon əhalisi olan bələdiyyələri idarə edir. Yerli idarəçilikdə yaxşı çalışmağa başlasaq, 2023-cü ilin prezident seçkilərində daha çox uğur qazana bilərik”. “La Stampa”nın “Ərdoğan İstanbul tarixindəki ən yaxşı bələdiyyə başçısı sayılır. Bu fikirlə razılaşırsınızmı? Onunla müqayisə edilməkdən qorxmursunuz ki?” sualının cavabında isə İmamoğlu belə deyib: “Mənim fikrimin o qədər mühüm olduğunu güman etmirəm. Ərdoğanın çox sevildiyini xatırlayıram. Mən o dövrdə tələbə idim, həm də işləyirdim. Mən yaxşı bələdiyyə başçısı kimi xatırlanmaq üçün çalışacağam. Ən yaxşısı olmasa da, İstanbulun tarixində ən demokratik bələdiyyə başçısı kimi”.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.