Türkiyədə kütləvi dava - 2 qardaş öldürüldü, 2 nəfər yaralandı

28-06-2019, 07:49           
Türkiyədə kütləvi dava - 2 qardaş öldürüldü, 2 nəfər yaralandı
Türkiyənin Elazığ əyalətində baş verən davada iki qardaş öldürülüb, iki nəfər isə yaralanıb.

Musavat.com xəbər verir ki, silahlı və bıçaqlı dava Ahmet Ayar meydanında baş verib. Məlumata görə, iki qrup arasında naməlum səbəblərdən mübahisə olub. Mübahisə daha sonra böyüyərək kütləvi davaya çevrilib. Bundan sonra tərəflər silah və bıçaq çıxararaq bir-birlərini vurublar. Nəticədə 38 yaşlı Məhəmməd güllə, onun 35 yaşlı qardaşı Kadir bıçaq yarası alaraq ölüblər, digər iki nəfər isə yaralanıb. Hadisə yerinə polis və təcili yardım çağırılıb.

Davada iştirak edənlərin kimliyi araşdırırlır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.