Türk alimləri süni ürək və qaraciyər hazırlayır

17-07-2019, 00:00           
Türk alimləri süni ürək və qaraciyər hazırlayır
Türkiyədə elm adamları kök hüceyrələr və 3 D bio-printerin köməyi ilə süni insan toxumaları hazırlayır. Bu üsulla növbəti hədəf isə qaraciyər və ürəyin yaradılmasıdır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, nəzərdə tutulan üsul alınarsa, gələcəkdə orqan bağışlamağa ehtiyac qalmayacaq.

Hazırda Türkiyənin özündə 26 mindən çox insan orqan transplantasiyasına ehtiyac duyur. Bu rəqəm hər il 5 min nəfər daha artır. Səhiyyə Nazirliyindən verilən məlumata əsaasən, keçən il Türkiyədə 5 min 592 nəfərə orqan köçürülüb. Yerdə qalan digər xəstələr isə həyatını itirib.

Bu işlə məğul olan həkim Erdal Karaöz deyir ki, “Həm kök hüceyrə həm də 3 D bio-printerin texnologiyalarını birləşdirərək insan orqanları yartatmağa çalışırıq. Orqanların bir qismini artıq hazır etmişik, bir qisminin üzərində isə işlər davam edir. Artıq yaxın 10-15 il ərzində insanların xəstə orqanlarını rahatlıqla yenisi ilə əvəz edə biləcəyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru