Türkiyədən əməliyyat mesajı: Süleyman Şah türbəsi alınır

31-08-2019, 09:59           
Türkiyədən əməliyyat mesajı: Süleyman Şah türbəsi alınır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamaları qarşıdakı günlərdə Menbiç məsələsinin gündəmə gələcəyini göstərir.

Axar.az xəbər verir ki, bu sözləri ANKASAM rəhbəri, professor Seyfəddin Ərol deyib.

Professor Menbiç əməlliyyatı zamanı Süleyman Şah türbəsinin alına biləcəyini istisna etməyib:

“Böyük İsrail layihəsinə qarşı mübarizə aparırıq. Prezidentin “Avqust zəfərlərimizin ayıdır” çıxışı belə göstərir ki, Menbiç əməliyyatı yenidən gündəmə gələcək. Menbiçdə yuva salmış PKK, YPG və PYD ünsürlərinin təmizlənməsi ilə yeni uğurun qazanılmasından söhbət gedir. Bu mənada Süleyman Şah türbəsi də alınaraq bu əməliyyatın “tacına” çevrilə bilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.