Putin Ərdoğanla Suriyadakı vəziyyəti müzakirə edəcək

22-10-2019, 07:45           
Putin Ərdoğanla Suriyadakı vəziyyəti müzakirə edəcək
Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla mütəmadi görüşlər keçirəcək.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

İki lider Suriyanın şimalında türk ordusunun hərbi əməliyyatı kontekstində vəziyyətin müzakirəsini davam edəcək.

“Suriyadakı vəziyyətin, təbii ki, ilk növbədə Türkiyə ordusunun Fərat çayı ətrafında apardığı hərbi əməliyyatın müzakirə ediləcəyi ehtimal olunur”, - deyən Uşakov, iki lider arasındakı növbəti görüşün ilin əvvəlindən bəri səkkizinci görüş olacağını bildirib. O xatırladıb ki, bu növbədənkənar görüş Putin və Ərdoğan arasında 15 oktyabrda baş tutmuş telefon danışığında razılaşırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru