Aralıq dənizində toqquşma: - Türk hərbi gəmisi yunan friqatın “təmirxana”lıq edib

13-08-2020, 19:29           
Aralıq dənizində toqquşma: - Türk hərbi gəmisi yunan friqatın “təmirxana”lıq edib
Aralıq dənizində türk və yunan hərbi gəmiləri atışıb.

Ovqat.com-un yunan mətbuatına istinadən verdiyi xəbərə görə, atışma nəticəsində yunan hərbi gəmisi ağır xəsarət alaraq, döyüş meydanını tərk edib.

Bildirilir ki, Yunanıstanın “Limnos” adlı freqatı Türkiyənin T.C.G Kemal Reis freqatına müdaxilə etmək istəyib. Aralarında atışma yaşanıb. T.C.G Kemal Reis friqatı Aralıq dənizində araşdırma aparan Oruc Rəis tədqiqat gəmisini qoruyan hərbi gəmilərdən biridir.

Yunanıstan bu ağır zərbədən sonra Avropa ölkələrindən yardım istəyib. Fransa onu dəstəkləyən bəyanat verib və hərbi gəmilərini bölgəyə göndərəcəyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru