Erməni mətbuatı Qazaxıstanın Azərbaycandakı səfirini hədəfə aldı: - Təhqir dolu kampaniya başlayıb

30-10-2020, 17:23           
 Erməni mətbuatı Qazaxıstanın Azərbaycandakı səfirini hədəfə aldı: - Təhqir dolu kampaniya başlayıb
Ermənistan mətbuatı Qazaxıstanın Azərbaycandakı səfiri Sərcan Abdıkərimovu hədəfə alıb.

Cebhe.info xəbər verir ki, səfirin Bərdəyə gedərək Ermənistanın müharibə cinayətlərini öz gözləriylə görməsi və bunu pisləməsinə dair bəyanatları erməni mətbuatını özündən çıxarıb.

Saytlar bunu Ermənistanla eyni birlikdə olan Qazaxıstanın ikiüzlülüyü kimi qələmə verib.

Bərdədə dinc sakinlərin erməni terrorunun hədəfinə çevrilməsinə münasibətində "Bərdə rayonunun atəşə tutulması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Bərdə rayonunun raket atəşinə tutulması nəticəsində dinc sakinlərin həlak olmasını təəssüflə qarşıladım. Bu kimi hadisələr həm də atəşkəs rejiminə dair sazişin pozulmasıdır", - deyən səfir erməni mətbuatında sərt tənqidlərə və hətta təhqirlərə tuş gəlib.

"Armenianreport" səfirin təəssüfünü timsah göz yaşları adlandırıb və bunu Qazaxıstan rəhbərliyinin sifarişi kimi dəyərləndirib. “Qazaxıstan və Ermənistanın eyni hərbi-siyasi blokda təmsilçiliyinə baxmayaraq, azərbaycanlılar qazaxlar üçün daha qiymətlidir", - deyə erməni mətbuatı yazır. Bunu da türk köklərinə, ümumi tarixə bağlayır.

Həmçinin bu günlərdə Türkiyə Müdafiə naziri Hulusi Akarın Qazaxıstana səfərini xatırladan erməni mətbuatı Azərbaycana münasibətin kəskin dəyişməsində bu faktn da əhəmiyyətini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru