Çavuşoğludan Azərbaycana təşəkkür

30-10-2020, 19:24           
Çavuşoğludan Azərbaycana təşəkkür
“İzmirdə baş vermiş zəlzələdən dərhal sonra ilk zəng edən və keçmiş olsun diləklərini çatdıraraq kömək etməyə hazır olduqlarını bildirən Can Azərbaycanın Fövqəladə Hallar naziri, qardaşım Kəmaləddin Heydərova təşəkkür edirəm”.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tvitter hesabında qeyd edib.

“Sevincimiz də, kədərimiz də birdir. Bir millət, iki dövlət”, - deyə Türkiyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, 6,6 bal gücündə baş vermis zəlzələdən sonra İzmirdə 20 bina çöküb. Hadisə nəticəsində 4 nəfər dünyasını dəyişib, 120 nəfər isə yaralanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru