Zaxarovanın çıxışı Qazaxıstanda qalmaqal yaratdı Tarix: Bu gün, 13:11 | Çap et

5-10-2022, 17:11           
Zaxarovanın çıxışı Qazaxıstanda qalmaqal yaratdı Tarix: Bu gün, 13:11 | Çap et
Rusiyanın Qazaxıstandakı səfiri Mariya Zaxarovanın qalmaqallı bəyanatlarından sonra XİN-ə çağırılacaq.

TEREF.AZ axar.az-a istinadla xəbər verir ki, bunu Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib.

“Bu gün Rusiya səfiri danışıqlar üçün Qazaxıstan XİN-ə çağırılacaq. Əsas müzakirə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyanatıdır. Onun Ukrayna səfirinin Qazaxıstandan qovulması ilə bağlı bəyanatlarının tonu, bərabərhüquqlu strateji tərəfdaşlar kimi Qazaxıstan və Rusiya arasında müttəfiqlik münasibətlərinin xarakteri ilə ziddiyyət təşkil edir”, - o bildirib.

Smadiyarov Zaxarovanın səfiri cinayət məsuliyyətinə cəlb etmək çağırışına da münasibət bildirib:

“Zaxarovanın hansı cinayət məsuliyyətindən danışdığını başa düşə bilmirik. Çünki Ukraynanın Qazaxıstandakı səfiri Vyana Konvensiyasına görə diplomatik toxunulmazlığa malikdir”.

Qeyd edək ki, Ukraynanın Qazaxıstandakı səfiri Petro Vrublyovskinin yenidən Astanaya qayıdıb. Bundan sonra rəsmi Moskva Qazaxıstanın Rusiyadakı səfirini XİN-ə çağırıb.

Xatırladaq ki, ukraynalı səfir qazaxstanlı blogerə “Nə qədər çox rus öldürsək, o qədər bizim uşaqlar az öldürməli olacaq” ifadəsini işlətmişdir. Bu fikir isə Qazaxıstanla Rusiya arasında gərginliyə səbəb olmuşdu.

Rusiya XİN rəsmisi Mariya Zaxarova səfirin qayıtmasını Qazaxıstana irad tutaraq bildirib ki, Bandera emissarının Astanaya heç vaxt qayıtmayacağına dair vədlər yerinə yetirilməyib və bu Vrublyovskinin qayıdışı yolverilməzdir.




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.