Türkiyənin yeni nazirləri - ŞOK SİYAHI

4-06-2023, 08:14           
Türkiyənin yeni nazirləri -
Yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib.

Daha sonra Türkiyə liderinin səlahiyyətlərinin icrasına başlaması münasibətilə xüsusi tədbir keçirilib.

Tədbirdə çıxış edən Rəcəb Tayyib Ərdoğan hökuməti kabinetinin bu axşam açıqlanacağını bildirib. O, kabinetin ilk iclasının çərşənbə axşamı günü keçiriləcəyini diqqətə çatdırıb.

Türkiyə və dünya mətbuatında yeni hökumət kabinetində kimlərin təmsil olunacağı barədə müxtəlif məlumatlar yayılıb. Məlumata görə, aşağıdakı siyasətçilər Türkiyənin yeni hökumətində təmsil olunacaqlar:

Xarici işlər naziri: Hakan Fidan

Ədliyyə naziri: Bülent Turan

Daxili işlər naziri: Ali Yerlikaya

Energetika naziri: Alparslan Bayraktar

İqtisadiyyat naziri: Mehmet Şimşək

Ticarət nazuru: Lütfi Elvan

Ekologiya və şəhərsalma naziri: Uğur İbrahim Altay

Səhiyyə naziri: Fahrettin Koca

Mədəniyyət və turizm naziri: Mehmet Nuri Ersoy

Gənclər və idman naziri: Abdullah Eren

Ailə və sosial siyasətlər naziri: Kübra Güran Yiğitbaşı

Kənd təsərrüfatı naziri: İbrahim Yumaklı

Sənaye naziri: M. Fatih Kacır

Milli müdafiə naziri: Yaşar Gülər

Əmək və sosial müdafiə naziri: Cevdet Yılmaz

Mətbuarda yayılan digər məlumata görə, Türkiyə Prezidentinin hazırkı sözçüsü İbrahim Kalın ölkənin Milli Kəşfiyyat Təşkilatına rəhbərlik edəcək. Onun vəzifəsini isə Çağatay Kılıç icra edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.