29 yanvar - Tarixdə bu gün....

29-01-2021, 11:55           
29 yanvar - Tarixdə bu gün....
29 yanvar 1299-cu il...
Osmanlı imperatorluğu elan edilir.

29 yanvar 1916-cı il...
Rus ordusu Ərzurum istiqamətində hücuma keçir. Çoxlu sayda günahsız insanlar, o cümlədən Azərbaycan türkləri qətlə yetirilir.

29 yanvar 1918-ci il...
Gəncə quberniyası ərazisində çar rejiminə qarşı üsyan başlayır. Üsyançıların bəziləri rejimin yerli məmurları tərəfindən cəzalandırılır...

29 yanvar 1919-cu il...
Şuşa , Cavanşir, Cəbrayıl, Zəngəzur qəzalarını əhatə edən, mərkəzi Şuşa şəhəri olan, yeni yaradılan general-qubernatorluğu (Xosrov bəy Sultanov general-qubernator təyin edilmişdi) ermənilər tanımaq istəmir və elə həmin gün Zəngəzurda və Qarabağda ölümlə nəticələnən bir neçə terror aktı törədirlər.

29 yanvar 1942-ci il...
Sovet İttifaqı, Böyük Britaniya və İran arasında birgə alyans haqqında saziş imzalanır. Sazişə görə, Cənubi Azərbaycanda SSRİ-nin hərbi kontingenti yerləşdirilir.

29 yanvar 1944-cü il...
Azərbaycan Demokratik Respublikasının qurucusu Məmməd Əmin Rəsulzadənin qızı Lətifə və nəvəsi (Lətifənin qızı) Qazaxıstanda, Balacan kəndində sürgündə olarkən gecə vaxtı soyuq daxmada donaraq ölürlər.

29 yanvar 1992-ci il...
Xocalıdan sonuncu vertolyot uçur. Xocalı şəhəri tam mühasirədə qalır.

29 yanvar 1992-ci il...
Ağdam rayonunun və Ağdam şəhərinin qərbində yerləşən azərbaycanlılar yaşayan kəndlər ermənilər tərəfindən atılan raket atəşlərinə məruz qalır. Çoxlu dağıntılar baş verir.
Ağdamda yanacaq doldurma məntəqəsinə düşən raket mərmisinin partlaması nəticəsində 1 nəfər azərbaycanlı həlak olur.

29 yanvar 1992-cü il...
Ağdam rayonunun Şelli və Əhmədavar kəndləri istiqamətində erməni silahlıların hücumu zamanı 2 azərbaycanlı həlak olur.

29 yanvar 1994-cü il...
Ağdam rayonunun Salahlı kəndi ermənilər tərəfindən işğal edilir
Cəmil Məmmədli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru