Tayvanda tayfun nəticəsində onlarla insan xəsarət alıb
Bu gün, 12:24
Tayvan sahillərində tüğyan edən “Podıl” qasırğası nəticəsində 30-dan çox insan xəsarət alıb, 1 nəfər itkin düşüb.
“Report” xəbər verir ki, bu barədə Tayvan Fövqəladə Halların İdarəetmə Mərkəzi (CEOC) məlumat yayıb.
Xəsarət alanların ümumi sayı 33 nəfər olub.
“Ən çox yaralı Taydun və Qaosyunda qeydə alınıb - hər birində 13 nəfər. Bir balıqçı itkin düşüb. Tayfunun onu dənizə ata biləcəyi ehtimal edilir. İtkin düşən şəxsin axtarışlarına güclü yağış və güclü külək mane olur”, - CEOC-dan bildirilib.
Adada elektrik enerjisi kəsilib: CEOC-un məlumatına görə, tayfun zamanı 130 mindən çox ev işıqsız qalıb. Tezliklə 76 min evə elektrik enerjisi verilib, amma 58 min ev hələ də işıqsız qalıb.
Adanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, tayfun artıq Tayvan sahillərindən uzaqlaşıb və Çinin materik hissəsinə doğru irəliləyir.