Bir ölkədən 17, digər ölkədən 89 manata gəlir - İstridyələrin qiymətləri
Bu gün, 12:24

Cari ilin yanvar-iyun aylarında Azərbaycana 0,87 ton molyuskalar, istridyələr, (təzə, soyudulmuş, dondurulmuş, qurudulmuş) idxal olunub.
Valyuta.az xəbər verir ki, 4 ölkədən idxal olunan məhsulların dəyəri 15,87 min ABŞ dolları təşkil edib.
Belə ki, qeyd olunan dövr ərzində ölkəyə Fransadan 0,05 ton olmaqla 0,52 min ABŞ dolları dəyərində molyuskalar və istridyələr idxal olunub. Məhsulun 1 kiloqramı 10,4 və ya 17,68 manata başa gəlib.
Sözügedən məhsulu Azərbaycana ixrac edən bir digər ölkə İrlandiya olub. Bu ölkədən 0,01 ton olmaqla 0,07 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Bu ölkədən idxal olunan məhsulun kiloqramı 7 dollara və ya 12 manata başa gəlib.
Niderlanddan ilk 6 ayda 0,71 tonluq molyuskalar və istridyələr idxal olunub, məhsulun dəyəri 9,99 min ABŞ dolları olaraq hesablanırdı. Bu ölkə 1 kiloqram məhsulu 14,07 dollara və ya 24 manata satıb.
Son olaraq, Portuqaliyadan gətirilən 0,1 tonluq məhsul üçün 5,28 min ABŞ dolları ayrılıb. Məhsulun kiloqramı 52,8 dollar və ya 89,76 manata başa gəlib.