Çin Çexiya Prezidenti ilə əlaqələri kəsir - Dalay Lamaya görə

Bu gün, 12:34           
Çin Çexiya Prezidenti ilə əlaqələri kəsir - Dalay Lamaya görə
Çin hökuməti XIV Dalay Lama ilə görüşdüyünə görə Çexiya Prezidenti Petr Pavellə əlaqələri kəsir.

TASS xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tszyan bildirib.

"Bizim dəfələrlə Çexiya tərəfinə etdiyimiz müraciətlərə və Çinin qəti etirazına baxmayaraq, Çexiya Prezidenti Petr Pavel Hindistanda Dalay Lama ilə görüşməkdə israr etdi. Bu, Çexiya hökumətinin Çin hökuməti qarşısındakı siyasi öhdəliklərinin ciddi şəkildə pozulması, Çinin suverenliyinə və ərazi bütövlüyünə zərbə vurulmasıdır. Petr Pavelin təxribatçı hərəkətləri ilə əlaqədar olaraq Çin onunla heç bir əlaqə saxlamamaq qərarına gəlib", - o, Çexiya liderinin səfərini şərh edərkən vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru