Hellouin, Cadugərlər günü – ABŞ satana kilsəsinin rəsmi bayramıdır – BƏS AZƏRBAYCANLILAR NİYƏ KEÇİRİR?

29-10-2018, 20:55           
Hellouin, Cadugərlər günü – ABŞ satana kilsəsinin rəsmi bayramıdır – BƏS AZƏRBAYCANLILAR NİYƏ KEÇİRİR?
Uşaqlara qatillik və intihar aşılayan atributlar

Sosioloqlar bu cür bayramların keçirilməsini zəmanəmizin ən təhlükəli əlamətlərindən hesab edirlər: onların fikrincə, Hellouinin qeyd edilməsi mədəniyyət böhranına, insanların Xeyirlə Şəri ayırd etməyi tərgitməsinə şəhadət edir.

Bir çox alimlərin, psixoloqların və psixiatrların fikrincə, - “Hellouin” uşaqlar üçün böyük təhlükə deməkdir. Bu “bayram” üçün tipik olan karnaval kostyumları – qəbirdən durmuş xortdanlar, cəlladlar, qatillər, manyaklar, qəbir, kəllə, sümük, insan embrionu, kəsik barmaq şəklində şirniyyat və oyuncaqlar, qədəhlərdən insan qanının rəmzi olan tomat şirəsinin içilməsi – bütün bunlar bu cür şeylərə qarşı daxili tabunun götürülməsinə, mənəvi estetik çirkinləşməyə, Xeyir və Şər anlayışlarının qarışdırılmasına aparır. Bu da öz növbəsində nəinki psixoloji deformasiyaya, həm də şəxsiyyətin pataloji dəyişikliklərinə səbəb olur.


Balqabaq bayramı, yaxud aşkar satanizm

Bu gün dünyanın hər yerində ənənəvi mədəniyyət və mənəviyyat təzyiqlərə və hücumlara məruz qalır. Bəşər sivilizasiyasını formalaşdıran dəyərlər, ideallar, mənəvi və estetik meyllər, məqsədyönlü və ardıcıl şəkildə yad və dağıdıcı həyat prinsipləri ilə əvəzlənir. Son illərdə reklam çarxı sürətlə hərlənən “Hellouin” bayramı da buna nümunədir.

“Hellouin” (“Samheyn”, ya da “samayn” – oktyabrın 31-dən 1-nə keçən gecə) qədim keltlərin xristianlıqdan əvvəlki bütpərəst inanclarından qaynaqlanır. Onlar öz rituallarında “natəmiz qüvvələrə” və “şər ruhlara” müraciət edirdilər. Müasir formasında isə “Hellouin” aşkar satanist bayram sayılır və satanist təriqətlərin üzvləri özləri bunu bəyan edirlər. Bu, vampirlərin, cadugərlərin, kabusların və digər natəmiz qüvvələrin bayramıdır və hələ axır vaxtlara kimi yalnız ABŞ-da qeyd edilirdi. İndi isə Avropada getdikcə daha da populyarlaşır və tədricən keçmiş SSRi məkanını da bürüməkdədir.

Rəsmi şəkildə fəaliyyət göstərən “Amerika satana kilsəsi” açıq-aşkar şəkildə “Hellouin”i öz bayramı elan edib və müntəzəm şəkildə, “qara ayinləri” icra etməklə qeyd edir.

Sosioloqlar bu cür bayramların keçirilməsini zəmanəmizin ən təhlükəli əlamətlərindən hesab edirlər: onların fikrincə, Hellouinin qeyd edilməsi mədəniyyət böhranına, insanların Xeyirlə Şəri ayırd etməyi tərgitməsinə şəhadət edir. Bunun isbatı – satanist kitabların, nəşrlərin, kompakt-disklərin sayının getdikcə artmasıdır.



İblis və ölüm dini kultları “Hellouin”in əsas məzmunudur

Bu məzmun özünü bayramın keçirildiyi məkanın şəraitində (təsəvvür edin, uşaqların iştirak etdiyi “tədbir”də otaqların divarların qan rəngli boyalar çilənir), xarici atrubutlarda, kostyumlarda, musiqidə, “bayram” davranışında və əyləncələrində göstərir. Çox vaxt bu, ənənəvi dini dünyagörüşlərinin simvol və atributlarına rişxənd edilməklə müşayiət olunur – məsələn, katoliklərin “Bütün müqəddəslər günü” ərəfəsində keçirilən İfritələr bayramının müqəddəslərlə heç bir əlaqəsi yoxdur, sadəcə müqəddəslikləri ələ salmaq məqsədi güdür.

Bir çox alimlərin, psixoloqların və psixiatrların fikrincə, - “Hellouin” uşaqlar üçün böyük təhlükə deməkdir. Bu “bayram” üçün tipik olan karnaval kostyumları – qəbirdən durmuş xortdanlar, cəlladlar, qatillər, manyaklar, qəbir, kəllə, sümük, insan embrionu, kəsik barmaq şəklində şirniyyat və oyuncaqlar, qədəhlərdən insan qanının rəmzi olan tomat şirəsinin içilməsi – bütün bunlar bu cür şeylərə qarşı daxili tabunun götürülməsinə, mənəvi estetik çirkinləşməyə, Xeyir və Şər anlayışlarının qarışdırılmasına aparır. Bu da öz növbəsində nəinki psixoloji deformasiyaya, həm də şəxsiyyətin pataloji dəyişikliklərinə səbəb olur.

Uşaqlar tez təsirə məruz qalır, onun psixikası və fantaziyası tamamilə fərqli quruluşa malikdir. Bu cür tədbirlərdə iştirak edən uşaqlar çox vaxt qaranlıq və tənhalıq qorxusu keçirirlər, ovqatsız, intihara meylli olurlar. Onlarda enurez, səbəbsiz aqressiya, gecə qarabasmaları, qulağına səs gəlmələr və başqa psixi pozğunluqlar müşahidə olunur. Üstəlik, bütün bunlar özünü dərhal büruzə verməyə bilər. Uşaq “şən Hellouin” bayramından şad və razı qayıda bilər, lakin sonradan ciddi və uzunmüddətli problemlər başlaycaqdır.

Özünüzü sadəlövhcəsinə sakitləşdirməyin ki, “Hellouin” sizin məktəbinizdə, uşaq baxçanızda “lap uşaqlar üçün keçirilib, balqabaqdan və itikünclü şlyapalardan savayı elə bir şey olmayıb”.

Əsas təhlükə uşaqların yavaş-yavaş öyrəşdirilməsi, bu günü, normal, xoş-xeyirxah bir bayram kimi qəbul etməsidir. Gələn il yəqin ki, onlara yeməyə kəsik barmaqlar şəklində bulkalar, içməyə isə qan “əvəzinə” albalı, yaxud da tomat şirəsi təklif edəcəklər.



Şüurun ətaləti üzrə bunlar uşaq tərəfindən norma kimi qəbul ediləcək... Üstəlik, “uşaq Hellouini”ndən sonra uşaqlar adətən, “bayramın” tematikası ilə maraqlanmağa başlayır və artıq şəxsi təşəbbüsləri ( həmçinin, internetin və təcrübəli dostların köməyi ilə) onun əsl mahiyyətini dərk edərək, böyüklər üçün bayramda iştiraka başlayırlar.

“Hellouin”in ifadə vasitələrinin psixosemantik analizi nəticəsində bayramın atributları ilə kiçikyaşlı cinayətkarların çəkdikləri rəsmlər arasında birbaşa bağlılıq aşkar edilirb. Balaca qatillər və özlərinə qəsd edənlər daim kəllə, qəbir daşları, dar ağacı, qətl və işgəncəalətlərinn şəklini çəkirlər. Bu cür ölüm semantikası subyektin zorakılığa psixoloji hazırlığının göstəricisidir. O, özünü ya aqressorla (bizim dildə zalımla), ya da qurbanla (məzlumla) eyniləşdirir və müvafiq davranış formalarının icraçısına çevrilir. Sadə dillə deyilsə, uşaqlar bu gün nə ilə oynayırlarsa, bu, onların sabah nə edəcəklərinə böyük dərəcədə təsir göstərir.

“Hellouin bayramı” zamanı qurban gedənlər və zərər çəkənlər barədə çoxlu faktlar mövcuddur (yuxarıda bu ilki “tədbirlər” barədə xəbər vermişik). Bu gecədə müntəzəm şəkildə ölüm ayinləri həyata keçirilir, məzarlıqlar təhqir olunur, bədbəxt hadisələr baş verir. Məsələn, yaxın illərdə “Hellouin” gecəsi İsveçdə diskotekada yanğın oldu və 200 nəfərdən artıq insan bundan zərər çəkdi. 2003-cü ildə həmin gün İtaliyada zəlzələ təkcə bir məktəbi tar-mar etdi – həmin məktəbdə müəllimlər və uşaqlar “şən Hellouin”i qeyd edirdilər. Onlarla şagird həlak oldu. İnterneti araşdırdıqla bu cür hadisələrin sayını artırmaq olar. ABŞ mətbuatında bu gündə maskarad kostyumu geymiş şəxslərin qətl və intihar xəbərlərinə çox rast gəlinir.

“Hellouin” bayramları zamanı yeniyetmələrin təriqətlərə və destruktiv dinvari qruplaşmalara – məsələn “emolar” və “qotlar” sıralarına cəlb olunması baş verir. Birincilər depressiv intihar psixologiyasına, ikincilər isə amansızlıq və həyasızlığa “qulluq edirlər”. Hər ikisi satananı və iblisanə olan hər şeyi sevirlər və ənənəvi mənəvi dəyərlərə nifrət edirlər (onlar üçün hər gün “bayram”dır, Hellouendir – saçlarını, dırnaqlarını bu bayramın “çalarlarına” boyayırlar). Bu kultlara tapınanlar müntəzəm şəkildə intihar cəhdləri edirlər və bu cəhdlərin əksəriyyəti kədərli sonluqla bitir.

Səmavi dinlər insanlar arasında əbədi həyatı və xeyirxah dəyərləri təbliğ edir. İslam dinində ölüm – sadəcə dünyanın dəyişmək, nisbi mənfəətlərin hakim olduğu fani dünyadan, mütləq dəyərlərin və nemətlərin var olduğu əbədi aləmə köç məqamı, qapıdır. Satanizmin “bayramı” olan “Hellouin” insanın dəyərsizliyini, ölümün – yoxluğun qalibiyyətini, cinayəti, işgəncəni, dəhşətli qorxunu, kimsəsizliyi “tərənnüm edir”.

Bir daha təkrar edirik ki, ABŞ-ın satana kilsəsi “Hellouin”i özünün rəsmi bayramı hesab edir.

Böyük Britaniyada, yəni İrlandiya və Şotlansiyada yaşayan qədim keltlərin qeyd etdikləri bu gün və onun simvolları XX əsrin sonlarından, amerikanlaşdırma və qloballaşdırma prosesinin başlanmasından sonra Avropanın ingilisdilli olmayan ölkələrində, MDB məkanında da yayılmağa başladı...

ABŞ və Böyük Britaniya ilə sıx mədəni əlaqələri olan ölkələrdə də, məsələn, Yaponiya, Cənubi Koreya, Sinqapur, Avstraliya və Yeni Zelandiyada, bəzi Okeaniya adalarında İfritələr bayramı qeyri-rəsmi şəkildə qeyd olunur.

Malayziyada müsəlmanlar, Rusiyada kilsə xadimləri və ictimai fəallar bu bayramın keçirilməsinə qarşı etiraz səslərini ucaldırlar. İctimai şüurun qlobal şəkildə pozulması planının bir hissəsi olan bu tədbir bəşəriyyətin cılızlaşaraq məhvə sürüklənməsi məqsədinə xidmət edən vasitələrdən biridir.

Bu “bayramın” keçirilməsi Rusiyada dövlət tərəfindən təqdir edilmir, vaxtaşırı bu bayramın rəsmən qadağan edilməsi çağırışları səslənir. Pravoslav keşişlər xəbərdarlıq edirlər: insanlar başa düşmürlər ki, çirkin maskalaı taxmaqla insanlar satanik natəmiz qüvvələrin obrazlarını qəbul edirlər. İnsanlar özlərini şeytanlara bənzətməklə ilahinin onlara bəxş elədiyi gözəl simanı alçaltmış və məhv eləmiş olurlar.

Əsas mövusu Şər, okkultizm və bədheybətlər, çirkinlik, iyrənclik olan bu gün yavaş-yavaş digər postsovet ölkələri kimi Azərbaycanda da yayılmağa başlayıb. Nə qədər gec deyil, nə qədər ki, simamızı tam itirməmişik, buna qarşı çıxmaq, ən azından bu məlumatı paylaşmaq lazımdır.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.