İsrailin müdafiə naziri:
Bu gün, 08:58

İsrail hərbçiləri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının rəsmi sözçüsü Əbu Ubeydəni zərərsizləşdirib.
"Report"un xəbərinə görə, bunu yəhudi dövlətinin müdafiə naziri İsrael Kats təsdiqləyib.
"HƏMAS terrorçularının sözçüsü Əbu Ubeydə Qəzzada məhv edilib və İran, Qəzza, Livan və Yəməndən olan bütün məhv edilmiş şər oxun üzvləri ilə cəhənnəmin dibində görüşə göndərilib", - Katz "X" sosial şəbəkəsində yazıb.
O, İsrail hərbçilərinin hərəkətlərini yüksək qiymətləndirib və HƏMAS liderlərini zərərsizləşdirəcəklərini davam edəcəklərinə söz verib. "Tezliklə, Qəzzada kampaniya gücləndikcə, onun (Əbu Ubeydə - red.) HƏMAS-dan daha çox cinayət ortağı orada ona qoşulacaq", - Katz iddia edib.
Avqustun 31-də İsrailin Baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında Əbu Ubeydənin zərərsizləşdirilməsi üzrə əməliyyatın keçirildiyini açıqlasa da, onun öldürülməsi faktının hələ təsdiqlənmədiyini qeyd edib.